Yüksəliş və qazanc büdcəsi

post-img

Prezident İlham Əliyev 25 iyun 2024-cü il tarixdə 2024-cü il dövlət büdcəsi haqqında qanuna dəyişiklikləri təsdiqləyib. Beləliklə, büdcə gəlirləri 36 milyard 388 milyon manat, büdcə xərcləri 39 milyard 742 milyon 300 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 35 miyard 612 milyon 753 min manat, yerli gəlirləri 775 milyon 247 min manat, mərkəzləşdirilmiş xərcləri 38 milyard 957 milyon 497 min manat, yerli xərcləri 784 milyon 803 min manat) olub.

Dövlətimizin başçısı həmin tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Na­zirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il büdcəsin­də dəyişiklik edilməsi haqqında qanu­nu da təsdiqləyib. Beləliklə, DSMF-nin büdcə gəlirləri və xərcləri ilə bağlı proq­noz 6 milyard 919 milyon 9 min manat­dan 6 milyard 949 milyon 9 min manata çatdırılıb.

Gəlirlərdəki artımı məcburi dövlət so­sial sığorta haqları ilə bağlı proqnozun 5 milyard 288,1 milyon manatdan 5 mil­yard 478,1 milyon manata, o cümlədən qeyri-büdcə sektorundan sosial sığorta daxilolmaları ilə bağlı proqnozun 3 mil­yard 387,1 milyon manatdan 3 milyard 577,1 milyon manata çatdırılması, əvə­zində isə DSMF-nin büdcəsinin balans­laşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin 1mil­yard 392 milyon manatdan 1 milyard 232 milyon manata endirilməsi təmin edəcək.

Xərclərdəki artım isə əhaliyə ödəniş­lər üzrə xərclərin 6 milyard 681,6 milyon manatdan 6 milyard 706,6 milyon mana­ta, o cümlədən əmək pensiyasının ödə­nilməsi xərclərinin 6 milyard 500 milyon manatdan 6 milyard 525 milyon manata, eləcə də DSMF-nin aparatının və struk­tur bölmələrinin saxlanılması xərclərinin 130,1 milyon manatdan 135,1 milyon manata çatdırılması hesabına olacaq.

Dövlətimizin başçısı 25 iyun 2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müda­fiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) 2024-cü il büdcəsində dəyişiklik edilməsi qanunu da təsdiqlə­yib. Bununla da İSF-nin büdcə gəlirləri və xərcləri ilə bağlı proqnoz 238 milyon manat saxlanılıb, amma İSF-nin gəlirlə­rinin strukturu dəyişib. Belə ki, işsizlik­dən sığorta haqları ilə bağlı proqnoz 180 milyon manatdan 184,7 milyon manata, o cümlədən qeyri-büdcə sektorundan isşizlikdən sığorta daxilolmaları ilə bağlı proqnoz 134,6 milyon manatdan 139,3 milyon manata çatdırılıb, əvəzində İSF-nin istifadə olunmamış vəsaiti ilə bağlı proqnoz 57,95 milyon manatdan 53,25 milyon manata endirilib.

Azərbaycanın yenidən baxılmış və Prezident İlham Əliyevin təsdiqlədiyi döv­lət büdcəsinin gəlirləri 36 milyard 388 mil­yon manat məbləğində proqnozlaşdırılır ki, bunun da 21 milyard 705 milyon ma­natını və yaxud 59,65 faizini vergi-göm­rük orqanları təmin edəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin büdcə öhdəliyi 13 mil­yard 865 milyon manatdan 15 milyard 270 milyon manata, Dövlət Gömrük Ko­mitəsinin büdcə öhdəliyi isə 5 milyard 900 milyon manatdan 6 milyard 435 mil­yon manata çatdırılıb.

Beləliklə, büdcə gəlirlərindəki 2 mil­yard 215 milyon manat artımın 1 milyard 940 milyon manatı və yaxud 87,6 faizi vergi-gömrük orqanlarının üzərinə qoyu­lub.

Göründüyü kimi, “2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik­lərdə əsas məqsəd əhalinin sosial mü­dafiəsinin daha da gücləndirilməsi, həm­çinin digər zəruri sahələrin inkişafıdır. Ümumiyyətlə, dövlətin büdcəsində hər il artımın gerçəkləşdirilməsi təsadüfi deyil. Bu, insanların sosial rifahının yüksəldil­məsinə, ölkənin müdafiə və milli təhlükə­sizliyinin təmin olunmasına, düşməndən təmizlənən ərazilərin bərpasına daha çox maliyyə vəsaitinin ayrılması ilə bağ­lıdır. “2024-cü il dövlət büdcəsi haqqın­da” qanuna dəyişikliklər, eyni zamanda, dayanıqlı və davamlı iqtisadi inkişafdan, düzgün maliyyə və vergi siyasəti aparıl­masından xəbər verir. 

Şübhəsiz ki, “2024-cü il dövlət bü­dcəsi haqqında” Qanuna dəyişikliklər, ilk növbədə, əhalinin sosial müdafiəsini daha da gücləndirəcək. Bununla yana­şı, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma, tikinti-bərpa işləri geniş vüsət alacaq. 

Yeri gəlmişkən, dövlət başçısının iş­ğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və yenidənqurma layihələrinin həyata keçirilməsi üçün verdiyi tapşırıqlar, hə­yata keçirdiyi tədbirlər vətəndaşlarımız tərəfindən yüksək dəyərləndirilir və bu, keçmiş köçkün soydaşlarımızın tez bir zamanda öz ata - baba yurdlarına qayıt­masını şərtləndirir. 

Qarabağ və Şərqi Zəngəzur iqtisa­di rayonlarında infrastrukturun yenidən qurulması, abadlıq - quruculuq işlərinin surətləndirilməsi iqtisadiyyatımızın yük­səlişinə yeni imkanlar açır, aqrar sek­torun, turizmin inkişafına əlverişli şərait yaradır. Təbii ki, bu məqsəd üçün əlavə maliyyə vəsaitinin ayrılması da günün zə­ruri tələbidir. 

Büdcəyə artımdan danışarkən bir məqamı da vurğulamaq istərdik. Belə ki, büdcə layihələri hazırlanarkən ölkəmizin müdafiə və milli təhlükəsizliyinin təmin olunmasına böyük həcmdə vəsaitin ay­rılması diqqətdə saxlanılır və bu, qarşıya əsas vəzifə kimi qoyulur. Ümumiyyətlə, son 3 ildə olduğu kimi, hazırda da hər­bi-müdafiə infrastrukturunun müasirləş­dirilməsi, hərbi quruculuq tədbirlərinin genişləndirilməsi, sərhədlərimizin möh­kəmləndirilməsi və yeni layihənin həya­ta keçirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılmasına xüsusi önəm verilir.

Sonda “2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikləri şərtlən­dirən amilləri də xatırlatmaq istərdik. Belə ki, bu ilin may ayında İqtisadiyyat Nazir­liyinin makroiqtisadi proqnozunun baza ssenarisinə dəyişikliklər edilib, neftin bir barelinin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 75 ABŞ dollarına (ilin ötən dövrü üzrə faktiki satış qiymətləri və ilin qalan dövrü üzrə 70 ABŞ dolları fərz edil­məklə, öncəki proqnoza nəzərən 15 ABŞ dolları çox) yüksəldilib.

Maliyyə Nazirliyindən isə bununla bağlı bildirilib ki, 2024-cü ildə ÜDM-in 121 milyard 3 milyon manata (dövlət bü­dcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3 milyard ma­nat çox), o cümlədən qeyri-neft ÜDM-in 84 milyard 7 milyon manata (dövlət büd­cəsinin layihəsinin tərtibi zamanı nəzərdə tutulmuş proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı proqnozlaşdırılır.

Yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə döv­lət büdcəsinin gəlirlərinin faktiki icra və­ziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.

Büdcəyə dəyişikliklərin edilməsini zəruri edən məsələlərdən biri də iqtisa­diyyatın dinamik inkişafının gerçəkləş­dirilməsidir. Bununla bağlı, ilk növbədə, onu vurğulayaq ki, son illərdə ölkəmizin qeyri-neft-qaz sektorunun dinamik in­kişafını bildirən rəqəmlər əldə edilməsi iqtisadiyyatın bütün sahələrində ötən il­lərdəki artım dinamikasının qorunub sax­lanılmasının məntiqi nəticəsidir. Başqa sözlə, belə bir uğur makroiqtisadi sabit­liyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və ölkəmizin dünya iqtisadiyya­tına inteqrasiyası istiqamətində nəzərdə tutulan tədbirlərin ardıcıl həyata keçiril­məsi ilə şərtlənir. 

Hazırda ölkəmizdə ÜDM istehsalının böyük bir hissəsinin sənayenin payına düşməsi uğurlu sənayeləşmə siyasəti sayəsində mümkün olub. Sənaye park­larının mövcud sahədəki fəaliyyəti, hə­min zonalarda yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixrac­yönümlü yeni məhsul istehsalının təşkili, bu işə investorların cəlb olunması kimi məsələlər hökumətin daim diqqət mərkə­zində saxlanılıb və bu, müsbət göstəri­cilərlə müşahidə edilib. 

Azərbaycanda lazım olan bütün is­tehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi, təhlükəsizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var. 

Sənaye zonaları və aqroparkların təşəkkülü də bu cür əlverişli şəraitin məh­suludur. Bu müəssisələrdə sahibkarlar üçün stimullaşdırıcı biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur. Belə ki, sahibkarlara təşkilati dəstəklə yanaşı, vergi və gömrük güzəştləri, elə­cə də hazır infrastrukturla təminat təklif edilir.

İqtisadiyyat