Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah ibn-Zayed əl-Nəhyan ABŞ dövlət katibi Antoni Blinkenlə blokadada olan Qəzza zolağı və Sudandakı vəziyyəti müzakirə edib. Xəbəri “Anadolu” verib.
BƏƏ Xarici İşlər Nazirliyinin mətbuat xidməti əl-Nəhyanın amerikalı həmkarı ilə telefon danışığı apardığını bildirib.
Söhbət zamanı xarici işlər nazirləri Qəzza zolağında hərtərəfli və davamlı atəşkəsə nail olmaq və Fələstin anklavının mülki əhalisinin ehtiyaclarına humanitar yardımın gücləndirilməsi istiqamətində görülən səyləri müzakirə ediblər.
Həmsöhbətlər 15 aprel 2023-cü il tarixindən Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən vətəndaş müharibəsi və bu münaqişənin humanitar nəticələri barədə də fikir mübadiləsi aparıblar.
P.ƏMİRCANOV
XQ