Dünya birjalarında neft ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,38 dollar azalaraq 82,37 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,47 dollar azalaraq 78,15 dollar təşkil edib.