Qarabağ və Şərqi Zəngəzur bölgəsində cüdo birinciliyi

post-img

Aprelin 30-da U-14 və U-17 yeniyetmə cüdoçular arasında Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, turnir Cəbrayıl rayonunun Horovlu kəndində təşkil ediləcək. Qeyd olunub ki, yarışların əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir. U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Qabil YUSİFOĞLU
XQ

İdman