Ağdam Sənaye Parkı işə başlayacaq

post-img

2024-cü ildə Ağdam Sənaye Parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur. Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

Artıq parkın ərazisinin 60 faizin­dən çox hissəsinin dolduğunu diqqətə çatdıran İZİA rəhbəri deyib ki, həmin ərazilər sahibkarların uzun müddətlik istifadəsinə verilib. Sahibkarların digər sənaye zonaları kimi Ağdam Sənaye Parkına da böyük maraq göstərdiyini vurğulayan S. Adıgözəlovun sözlərinə görə, burada ümumi investisiyaları 200,6 milyon manat olan 23 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik verilib. Onlar parkda, ümumilikdə 1900-dən çox iş yeri ya­ratmağı nəzərdə tutur. Bu günə qədər rezidentlər parka 35 milyon manatdan artıq investisiya yatırıb, 300-dək daimi iş yeri yaradıb, - deyə o əlavə edib.

Qeyd olunub ki, bu il Ağdam Sə­naye Parkında havalandırma, yanğın­söndürmə avadanlıqlarının və müxtəlif metal məmulatlarının, tikinti material­larının, dam örtüklərinin, boru və qutu profillərin, elektrik paylayıcı avadan­lıqların və elektrik yuvaların, müxtəlif növ dəmir yolu avadanlıqların, divar kağızlarının, ayaqqabıların istehsalına başlanılması nəzərdə tutulur.

XQ

İqtisadiyyat