Avropaya “mavi axın” artır

post-img

2024-cü ilin ilk dörd ayı ərzində Trans-Adriatik boru kəməri (TAP) ilə 4 milyard kubmetr qaz tədarük olunub. Bu barədə “TAP AG” konsorsiumundan bildiriblər. Məlumata görə, fəaliyyətə başladığı vaxtdan indiyədək boru kəməri ilə 35 milyard kubmetr qaz nəql olunub.

Yeri gəlmişkən, bu yaxınlarda energetika naziri Pərviz Şahbazov bildirib ki, qaz ixracı 2023-cü ildəki 23,8 milyard kubmetrlə müqayisədə, bu il 24 milyard kubmetri ötəcək. Həcmin yarısının Avropaya ixrac olunacağını diqqətə çat­dıran nazir Azərbaycan qazının tədarük coğrafiyasının ge­nişləndiyini vurğulayıb. Onun sözlərinə görə, 2024-cü ildə ölkəmizdə 48 milyard kubmetrdən çox qazın hasilatı nəzər­də tutulur ki, bunun da yarısı ixraca yönəldiləcək. 

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

XQ

İqtisadiyyat