Milli neft şirkəti dünyaya bərpaolunan enerji layihələri təqdim edir

post-img

Son illər dünya ölkələri qlobal istiləşmənin, kəskin iqlim dəyişikliklərinin mənfi təzahürlərinin aradan qaldırılması məqsədilə  ənənəvi enerjidən “yaşıl enerji”yə keçməyə başlayıb. İndi uzun illər dünyanın neft-qaz sektorunda uğurla fəaliyyət göstərən şirkətlər də enerji sahəsinə yeni prizmadan yanaşır, “yaşıl” potensialın istifadəsinə öz töhfələrini verməyə çalışırlar. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində bu maraqlı tendensiyaya münasibət bildirərkən demişdi ki, hazırda bir çox aparıcı neft şirkətləri hətta öz adların da müəyyən dəyişiklik edərək yeni enerji şirkətlərinə çevrilirlər.  Dövlət başçısı fikrinin davamı olaraq əlavə etmişdi ki, neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin investisiya portfelində “yaşıl enerji” layihələrinin olmadığı təqdirdə onlar böyük çətinliklərlə, hətta müxtəlif məhdudlaşdırıcı addımlarla üzləşəcəklər.

Dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasının fəal iştirakçısı olan Azərbaycan da bu ümumi trendin içində olmağa çalışır.  Prezident  İlham Əliyevin qeyd etdiyi kimi, dünyanın enerji məkanında gedən proseslərdən geridə qalmamaq üçün ölkəmiz bu istiqamətdə lazımi tədbirlər keçirir, karbon emissiyalarının yaratdığı qlobal istiləşməyə qarşı mübarizəyə öz töhfələrini verməyə səy göstərir. Uzun illər ərzində ölkəmizin karbohidrogen ehtiyatlarının istismarında dünyanın aparıcı neft-qaz şirkətləri ilə uğurlu əməkdaşlıq edən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “yaşıl enerji” sahəsində etibarlı tərəfdaşa çevrilməyi hədəfləyir. Təsadüfi deyil ki, ötən ilin  sonlarında SOCAR Müşahidə Şurasının qərarı ilə qurumun tərkibində “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib. Xatırladaq ki, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezidenti  İlham Əliyevin 2023-cü il 25 dekabr  tarixli Sərəncamından irəli gələn tapşırıqlar çərçivəsində təsis olunan şirkətin əsas məqsədi SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin effektiv idarə edilməsi, bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdən ibarətdir. 

Bərpaolunan enerji, “yaşıl” hidrogenin istehsalı, karbonun tutulması, utilizasiyası və saxlanılması kimi layihələrin icrası, ölkə üzrə karbon emissiyasının azaldılması üçün strateji yol xəritələrinin hazırlanmasında müvafiq köməyin göstərilməsi şirkətin əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Eyni zamanda, yeni yaradılan şirkət qeyd olunan sahələrdə beynəlxalq təcrübələrin öyrənilməsini və ölkəmizdə tətbiqini həyata keçirəcək. 

“SOCAR Green” MMC Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə “Meqa” layihəsinin ilkin mərhələsində quruda 1 qiqavat gücündə külək və günəş enerjisi, bp şirkəti ilə birgə “Şəfəq” layihəsi çərçivəsində Cəbrayıl rayonunMürrey Aukinklos dünya səviyyəli “Azəri- Çıraq- Günəşli” və “Şahdəniz” yataqlarında hazırda aparılan işlər və gələcək işlənmə imkanları haqqında da məlumat verib. O, həmçinin Cəbrayıl rayonunda həyata keçiriləcək. “Şəfəq” Günəş lektrik da 240 meqavat gücündə günəş enerjisi layihələrini icra edəcək. Həmçinin şirkət tərəfindən “ACWA Power” (Səudiyyə Ərəbistanı), “Masdar” və “ Energy China” ( in) şirkətləri ilə birgə Naxçıvan Muxtar Respublikasında günəş və külək enerjisi layihələrinin icrası nəzərdə tutulur. 

SOCAR uzun illər Azərbaycanın neftqaz sektorunda reallaşdırılan bir sıra önəmli layihələrin operatoru olan BP şirkəti ilə əməkdaşlığa, təqribən, iki il başlayıb. Xatırladaq ki, həmin il iyunun 4-də Bakı nerji Forumu çərçivəsində Şuşada təşkil edilmiş “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi əngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusunda xüsusi sessiyada SOCAR və BP şirkəti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Sözügedən sənəd ölkəmizdə bərpaolunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlıq məsələlərini və birgə layihələrin həyata keçirməsini nəzərdə tutur. Stansiyası layihəsi haqqında danışıb və bildirib ki, bu layihə BP-nin operatoru olduğu Səngəçal terminalının elektrikləşdirilməsinə dəstək olmaqla Azərbaycanın və BP-nin öz əməliyyatlarındakı emissiyaları azaltmaq məqsədlərinə töhfə verəcək. Bu günlərdə ölkəmizə səfərə gələn BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklos Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. BP-nin regiondakı əsas biznes fəaliyyətlərini müzakirə edildiyi görüşdə Mürrey Aukinklos BP-nin Azərbaycanla bağlı öhdəliklərinə sadiq olduğunu bir daha vurğulayıb, şirkətin uzunmüddətli tərəfdaşlıq planları haqqında məlumat verib və BP-nin ölkənin enerji keçidi sahəsində səylərinə dəstək məqsədilə az karbonlu enerji həlləri və yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini bildirib. 

BP şirkətinin baş icraçı direktoru iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüşü zamanı da uzunmüddətli və səmərəli əməkdaşlığın qarşılıqlı inam və etimada əsaslandığı vurğulanıb. Şirkətin Azərbaycanın təşəbbüskarı və əsas iştirakçısı olduğu beynəlxalq enerji layihələrinin icrasında, ölkəmizin enerji ehtiyatlarının inkişafında və investisiya layihələrinin həyata keçirilməsində xüsusi rolu qeyd edilib. Görüşdə tərəfdaşlığın inkişaf etdirilməsi imkanları, ölkəmizdə “yaşıl enerji” növlərinə keçidlə bağlı reallaşdırılan layihələr barədə məlumat verilib, işğaldan azad olunmuş Cəbrayıl rayonunda bu il BP tərəfindən inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. 

Yeri gəlmişkən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda “Şəfəq” layihəsi çərçivəsində fotovoltaik (PV) Günəş Elektrik Stansiyasının tikinti işlərinə bu ilin ikinci yarısında başlanacaq. “ ighsource BP” şirkətinin operatoru olduğu “Şəfəq” layihəsi Cəbrayıl şəhərindən 5-10 kilometr məsafədə, təxminən, 802 hektarlıq ərazini əhatə edəcək. mumilikdə isə, layihəyə 240 MVtAC gücündəki PV günəş elektrik stansiyasının layihələndirməsi, təchizatı, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələsi daxildir. Layihə çərçivəsində tikinti işləri, təxminən, 18 ayadək davam edəcək.

Mirbağır YAQUBZADƏ

XQ

İqtisadiyyat