Sağlam rəqabət inhisarçılığı dəf edir

post-img

Azad sahibkarlıq isə inflyasiyanı azaldır

İqtisadiyyat Nazirliyinin məlumatında 2023-cü ildə respublikamızda inflyasiyanın əvvəlki illə müqayisədə azaldığı bildirilib. Belə ki, hesabat ilinin dekabr ayında cəmi məhsul və xidmətlər üzrə illik inflyasiya 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,3 faiz bəndi azalaraq 2,1 faiz təşkil edib. Bu faktı bir qədər də konkretləşdirib deyə bilərik ki, 2023-cü ilin dekabr ayında ərzaq məhsulları üzrə illik inflyasiya 0,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 2,7 faiz, ödənişli xidmətlər üzrə isə 3,7 faiz olub. İnflyasiyada səngimə bu ilin ötən aylarında da  davam edib və cari ilin yanvar ayında bu göstərici 1,7 faizə düşüb.

Bəs bu cür azalmanı hansı amillər şərtləndirib İqtisadiyyat Nazirliyindən bildirilib ki, ticarət tərəfdaşları üzrə inyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, hökumət tərəfindən həyata keçirilən antiinyasiya tədbirləri inyasiyaya azaldıcı təsir göstərib.

Maliyyə Nazirliyinin bununla bağlı məlumatında isə qeyd edilib ki, qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırmaqla inyasiyanın azalmasını şərtləndirib. Qiymətlərin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi, eyni zamanda, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşması işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında”, eləcə də “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncamlarında nəzərdə tutulan kompleks tədbirlərin icrası da inflyasiyaya azaldıcı təsir göstərib.

Ümumiyyətlə, ölkədə ötən ilin birinci rübündən başlayaraq inflyasiya azalmağa başlayıb. Hesabat dövrünün oktyabr-dekabr aylarından etibarən isə sabit enmə prosesi 2023-cü ilin sonunadək davam edib. Bununla belə, il ərzində ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşması qorunub,  inflyasiyanın işgüzar fəallığa və əhalinin sosial rifahına təsirlərini minimallaşdırmaq məqsədilə hökumət tərəfindən çoxsaylı antiinflyasiya tədbirləri görülüb. Nazirlər Kabinetinin “Antiinflyasiya tədbirləri və onun iqtisadi nəticələrinə dair xüsusi bülleten”ində bu barədə ətra ı bəhs edilib.  Qeyd edilib ki,   Nazirlər Kabineti 2022-ci il fevralın 21-də “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamı imzalayıb.

Sözügedən xüsusi bülletendə qeyd edilir ki, görülmüş tədbirlərin nəticəsində artıq 2022-ci ilin doqquzuncu ayından başlayaraq orta illik inyasiya sabitləşməyə başlayıb, orta aylıq inyasiya isə sentyabrdan dekabra qədər 3,1 faizdən 1 faizə qədər azalıb. 2022-ci ildə illik inflyasiya 14,4 faiz, orta illik inyasiya isə 13,9 faiz təşkil edib. 

Nazirlər Kabinetinin “Antiinyasiya tədbirləri və onun iqtisadi nəticələrinə dair xüsusi bülleten”ində aparılan təhlillər əsaslanaraq göstərilib ki, qiymət artımının birbaşa və dolayı olaraq əhəmiyyətli hissəsi xarici mənşəli xərc amilləri ilə bağlıdır: “İdxal üzrə illik qiymət indeksinin artımı 22,2 faiz oldu ki, bu da dünya əmtəə qiymətlərinin və daşınma-logistika xərclərinin yüksəlməsi, habelə ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya templərinin artması (orta illik inyasiya 20,4 faiz) ilə izah edilirdi. Xüsusilə dünya ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərdi (2022-ci ilin dekabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 551,08 manat təşkil etmişdi).

2022-ci ilin son rübündə inflyasiyanın artım tempi dayandırıldı və sabitləşdi, enmə meylləri müşahidə olundu. Ancaq bununla belə, il ərzində ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla inflyasiyanın işgüzar fəallığa və də 8,8 faiz olub. Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli məhsulların qiymət dəyişimi nəzərə alınmadan hesablanan baza inflyasiyasının tempi də azalaraq keçən ilin dekabrda 2,3 faiz olub, inflyasiyanın bütün komponentləri üzrə azalma müşahidə edilib. Ümumilikdə, 2023-cü ilin dekabrında illik inflyasiya ərzaq məhsulları üzrə 0,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 2,7 faiz, xidmətlər üzrə isə 3,7 faiz təşkil edib. 

Sözügedən bülletendə, həmçinin illik inyasiyanın xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azaldığı bildirilib. Vurğulanıb ki, ticarət tərəfdaşları üzrə orta çəkili inyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması inflyasiyaya azaldıcı təsir edib. zuncu ayından başlayaraq orta illik inyasiya sabitləşməyə başlayıb, orta aylıq inyasiya isə sentyabrdan dekabra qədər 3,1 faizdən 1 faizə qədər azalıb. 2022-ci ildə illik inyasiya 14,4 faiz, orta illik inyasiya isə 13,9 faiz təşkil edib. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin əvvəlində 12 aylıq inyasiya 2,1 faiz təşkil etməklə hədəf (42 ) diapazonunun aşağı hissəsində formalaşıb. 2023-cü ildə orta illik inyasiya birrəqəmli səviyyədə 8,8 faiz olub.

Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli məhsulların qiymət dəyişimi nəzərə alınmadan hesablanan baza inflyasiyasının tempi də azalaraq keçən ilin dekabrda 2,3 faiz olub, inflyasiyanın bütün komponentləri üzrə azalma müşahidə edilib. Ümumilikdə, 2023-cü ilin dekabrında illik inflyasiya ərzaq məhsulları üzrə 0,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 2,7 faiz, xidmətlər üzrə isə 3,7 faiz təşkil edib.

Qeyd olunan dövrdə daxili bazarda sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi olaraq nəzarət və monitorinq tədbirləri həyata keçirilib. Elektron monitorinq sisteminin qurulması və qiymət monitorinqinin daha optimal vəziyyətə gətirilməsi istiqamətində müvafiq işlər görülüb. Nəticədə uzunmüddətli dövrdə qiymətlərin izlənilməsi daha operativ və şəffaf fhəyata keçirilib, kağız daşıyıcılardan istifadənin azaldılması və ya tamamilə ləğv olunması, digər informasiya sistemlərinə, habelə  ehtiyatlarına inteqrasiya gerçəkləşdirilib.  

Nazirlər Kabineti inflyasiya və qiymətlərə daimi nəzarət mexanizmlərinin yaradılmasına da başlayıb. Məsələn,  “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” (15 iyul 2023-cü il) sərəncamla inyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə geniş tərkibdə işçi qrup yaradılıb. İşçi qrupun ötən il dekabr ayında keçirilən dördüncü iclasında “Qiymət izləmə tətbiqinin” əsas prinsiplərinə dair metodoloji çərçivə sənədi qəbul edilib. 

“Qiymət izləmə tətbiqi” sisteminin yaradılması isə idxal, topdansatış nöqtələrində qiymətlərin artım dinamikasını izləməyə imkan verəcək, bu, müvafiq dövlət qurumlarına vaxtında və çevik müdaxilələr etməyə şərait yaradacaq, inflyasiyanın tənzimlənməsində qurumlararası məlumat mübadiləsini, həmçinin  koordinasiyanı gücləndirəcək, məlumatlar əsasında potensial qiymət dəyişikliyi üzrə proqnozlar hazırlanacaq. Beləliklə, “Qiymət izləmə tətbiqi”, eyni zamanda, bazarlarda qiymət sabitliyini qorumaq məqsədilə ölkə daxilində qiymət dəyişkənliyi nöqtələrini müəyyənləşdirəcək.

Sözügedən bülletendə, həmçinin illik inflyasiyanın xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azaldığı bildirilib. Vurğulanıb ki, ticarət tərəfdaşları üzrə orta çəkili inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması inflyasiyaya azaldıcı təsir edib.

“Antiinflyasiya tədbirləri və onun iqtisadi nəticələrinə dair xüsusi bülleten”də, həmçinin diqqətə çatdırılıb ki, ölkədə profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effktiv məzənnəsinin möhkəmlənməsi, həyata keçirilən antiinflyasiya tədbirləri və qəbul edilmiş pul siyasəti qərarları inflyasiya təzyiqlərini yumşaldıb. 2023-cü ildə Mərkəzi Bankın pul siyasəti isə inflyasiyanın hədəf intervalına qaytarılmasına yönəldilib. Pul siyasəti alətləri bank sisteminin likvidlik mövqeyi və qiymət sabitliyi üzrə risklər balansı nəzərə alınmaqla tətbiq edilib.

Vaqif BAYRAMOV

XQ

İqtisadiyyat