COP29 qlobal ekoloji böhranla mübarizədə ciddi dönüş yaradacaq

post-img

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi, ölkəmizin bu tədbirə ev sahibi seçilməsi respublikamıza olan yüksək etimadın və inamın növbəti göstəricisi, həmçinin dövlətimizin beynəlxalq təşkilatlarla formalaşdırdığı   uğurlu əməkdaşlığın məntiqi nəticəsidir. 

COP29-un Azərbaycanda keçirilməsinə qərar verilməsinin digər bir səbəbi də ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş mövqeyinin təsdiqidir. Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə sahəsində qarşıya qoyduğu məqsədlərin qlobal çağırışlarla sıx uzlaşması, eyni zamanda,  respublikamızın bununla bağlı müəyyən  təcrübə qazanması da COP29 kimi mühüm beynəlxalq platformanın Azərbaycana həvalə edilməsini şərtləndirir. 

Bu gün ölkəmizdə “yaşıl layihə”lər uğurla  reallaşdırılır, ekoloji tarazlığı dəstəkləyən investisiyaların gerçəkləşdirilməsinə mühüm önəm verilir. Bununla bərabər,  təkrar emal və çirklənmiş ərazilərin təmizlənməsi prosesləri diqqətdə saxlanılır.

Yeri gəlmişkən, dünyada, eləcə də Azərbaycanda “yaşıl enerji”yə keçidə indiki kimi önəm verilməsi təsadüfi deyil. Bununla bağlı BMT-nin bir hesablamasını xatırladaq. Bildirilir ki,  əgər 2050-ci ilə qədər dünya əhalisi 9,8 milyarda çatarsa, mövcud həyat tərzini saxlamaq üçün lazımi  təbii resursları gerçəkləşdirmək üçün üç planetin ekvivalentini reallaşdırmaq mühüm vəzifəyə çevriləcək. Başqa sözlə, bu, yüksək gəlirli ölkələrdə adambaşına düşən karbon izinin aşağı gəlirli ölkələrin səviyyəsindən 10 dəfə yüksək olması faktından irəli gəlir. Bir sözlə, hazırda beynəlxalq aləmi sağlamlıqla bağlı nəzərə çarpan  böhran, çirklənmənin getdikcə geniş miqyas alması ciddi narahat edir.  Buna görə də yaşıl enerji”nin istehsalına, həmçinin “yaşıl xidmət”ə, məsələn, elektromobillərin geniş yayılmasına üstünlük verilir.   

Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da bu məsələyə toxunub.  Dövlətimizin başçısı deyib: “COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın “yaşıl keçid”lə bağlı səylərinin qəbul edilməsidir. Dəfələrlə ictimai bəyanatlarda da dediyim kimi, neft və qaz sərvətlərinə sahib olmağımız bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik. esab edirəm ki, bizi tənqid etməyə cəhd göstərənlər və bu qlobal tədbirə evsahibliyi etmək şərəfinə bizi layiq görənlər anlamalıdırlar ki, bizim niyyətimiz iqlim məsələlərinə töhfə verməkdir. Artıq “yaşıl keçid”lə bağlı bütün gördüyümüz işlərin praktiki nəticələri var”.

Ölkə rəhbəri nitqində  ölkəmizdə “yaşıl layihə”lərin uğurla  reallaşdırıldığını,  ötən ilin oktyabrında  Qafqaz və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışının gerçəkləşdirildiyini   və  daha iki stansiya ilə bağlı hazırlıq və tikinti işləri aparıldığını  bildirib. Dövlət başçısı, eyni zamanda, respublika qarşısında 2030-cu ilədək 5 min meqavat bərpaolunan enerji istehsalı potensialı yaratmağın  hədəf kimi qoyulduğunu və hazırda  Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq “yaşıl enerji” elektrik kabelinin inşası ilə fəal şəkildə məşğul olunduğunu da qeyd edib.  

COP29-a evsahibliyi etmək hüququnun əldə edilməsi Azərbaycan üçün böyük diplomatik uğurdur.  əqiqətən də bu, respublikamızda iqlim dəyişikliyi tədbirlərinin həyata keçirilməsi və ənənəyə çevrilməsi üçün vacibdir. Bu sahədə qlobal tədqiqatçılarla əlaqə yaratmaq Azərbaycanın ekspertləri, tədqiqatçıları və siyasətçiləri üçün ətraf mühitin mühafizəsi, habelə dairəvi iqtisadiyyat prinsiplərinin həyata keçirilməsi sahəsində səyləri gücləndirmək üçün müstəsna fürsətdir. Martın 14-də Bakıda başlanılan  “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu da ölkəmiz üçün uzunmüddətli neft və qaz hasilatının ekoloji nəticələrinin aradan qaldırılması, Xəzər dənizinin unikal ekosistem kimi qorunması, mövcud resurslardan istifadə etməklə dövriyyənin dəstəklənməsi yollarını müzakirə etmək üçün yaxşı imkanlar yaradır.

Qeyd edək ki, bu gün regionda Azərbaycan üçün ciddi ekoloji problemlər  mövcuddur ki, onların aradan qaldırılması təkcə rəsmi Bakıdan asılı deyil. ünki ölkəmiz 30 il ərzində müharibə nəticəsində zədələnmiş ətraf mühiti bərpa etməyə çalışsa da, transsərhəd ekoloji problemlərin həlli üçün beynəlxalq dəstəyə ehtiyacı var.

Regional və Avropa səviyyəsində enerji təchizatında strateji rol oynayan Azərbaycan enerji keçidinə balanslaşdırılmış yanaşmanın tərəfdarıdır və bu baxımdan həm ənənəvi, həm də bərpaolunan enerji mənbələrini inkişaf etdirir. Bu siyasət enerji təchizatının davamlılığını, enerji ehtiyaclarının ödənilməsini və “yaşıl plan”ların həyata keçirilməsini təmin edir. Ölkədə “yaşıl enerji”, “sənayenin yaşıllaşdırılması” ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. ətta “yaşıl enerji”nin Avropaya ixracına imkan verəcək bərpaolunan enerji istehsal gücləri yaradılır.

Ekspertlər bildirirlər ki, Azərbaycan hazırda bəzi ekoloji problemlərlə üzləşir və onların həlli bütün maraqlı tərəərdən kompleks və əlaqələndirilmiş yanaşma tələb edir. ökumət orqanları və müvafiq təşkilatlar strateji siyasətlərin işlənib hazırlanması və kifayət qədər investisiyaların ayrılması üçün əməkdaşlıq etməlidir. Eyni zamanda, maari əndirmənin artırılması, fəal iştirakın təşviq edilməsi və “yaşıl gündəliy”in həyata keçirilməsi üçün kollektiv fəaliyyəti səfərbər etməklə bağlı ictimai səylər stimullaşdırılmalıdır.

Mütəxəssislərin sözlərinə görə, hazırda Azərbaycan öz neft və qaz gəlirlərini bərpaolunan enerjiyə sərmayə qoymaq üçün istifadə edir ki, bu da dekarbonizasiya və dairəvi enerjiyə dair aydın öhdəlikdir. akin bunu çox qısa müddətdə reallaşdırmaq mümkün deyil. Çünki  bu proses respublikamızın davamlı inkişafı və enerji təhlükəsizliyi nəzərə alınmaqla addım-addım idarə olunmalıdır. Azərbaycan bu gün üzləşdiyi  ekoloji problemlər sırasında su çatışmazlığı daha çox narahatlıq doğurur. Bu, qlobal istiləşmə nəticəsində quraqlıq və xarici təsirlərin nəticəsində suyun çirkləndirilməsi ilə baş verir. Belə ki, qonşu rmənistan Azərbaycana axan transsərhəd çayları çirkləndirməklə bu problemi daha da dərinləşdirir. Azərbaycanın qərb və mərkəzi rayonlarında istifadə olunan içməli və suvarma suyu rmənistanda fəaliyyət göstərən dağ-mədən sənayesi tərəfindən güclü şəkildə çirkləndirilir. Məhz buna görə də Azərbaycan su çatışmazlığı ilə üzləşən ölkələr sırasında yer alır.

Ekspertlər qeyd edirlər ki, qlobal iqlim böhranı və qlobal su böhranı eyni medalın iki üzüdür. İqlim böhranı su böhranını daha da artırır, sudan faydalanma isə (suyun istehlak olunması, nəql edilməsi və təmizlənməsi) iqlim böhranını sürətləndirir və lazımsız istixana qazı emissiyalarına səbəb olur. Su böhranı qlobal iqlim istiləşməsinin qarşısını almaq üçün çalışanların yalnız nisbətən az hissəsinin bu gün xəbərdar olduğu problemdir. Bu problem COP29 konfransına evsahibliyi etdiyi üçün Bakını cari ilin qlobal mərkəzinə çevirir. 

Mövcud məlumatlara görə, su sektoru dünya üzrə ümumi istixana qazı emissiyalarının, təxminən, 2 faizinə cavabdehdir, enerji ilə bağlı emissiyalar (xüsusilə suyun vurulması, istehlakçılara daşınması və sonra atılması üçün istifadə olunan çirkab su kimi) arasında isə, təxminən, yarıya bölünür.

İqlim böhranı dərinləşdikcə su qıtlığı da yaranır. Paradoks ondan ibarətdir ki, bu çatışmazlığı aradan qaldırmaq cəhdləri iqlim böhranını gücləndirir, çünki su ehtiyatlarının həcmini artırmağa, onu ötürmək və getdikcə böyüyən məsafələrdən son istehlakçılara çatdırmağa, bəzən isə suyun duzsuzlaşdırılmasına ehtiyac var. Buna görə də bu məsələnin həllinini tapmaq çox vacibdir. Başqa sözlə, qlobal iqlim böhranının qarşısının alınması səylərinə töhfə verməklə yanaşı, su böhranı üçün həll yolları tapılmalıdır.  

Vaqif BAYRAMOV

XQ

İqtisadiyyat