İnhisarçılığın aradan qaldırılması azad sahibkarlığa yeni nəfəs verəcək

post-img

Rəqabət Məcəlləsinin qəbul edilməsi ölkəmizdə azad sahibkarlığın inkişaf sə­viyyəsinin yüksəlməsinə, iqtisadi göstə­ricilərin, məhsul və xidmətlərin keyfiy­yətinin, həmçinin istehlakçıların rifahını daha da yaxşılaşmasına müsbət təsir göstərəcək. 

Qeyd edək ki, iqtisadiyyatın da­yanıqlı inkişafının gerçəkləşməsin­də yüksək rəqabətqabiliyyətliliyin mövcudluğu mühüm önəm daşıyır. Çünki bu amil iqtisadi səmərəliliyin qiymətləndirilməsində əsas rol oy­nayır, iqtisadi sahənin beynəlxalq inteqrasiyasını şərtləndirir. 

Son illərdə ölkəmizdə rəqabətə davamlı milli iqtisadiyyatın yara­dılması, rəqabətlilik mühitinin tə­minində korrupsiyaya qarşı müba­rizənin gücləndirilməsi, rəqəmsal iqtisadiyyatda rəqabət siyasətinə rəqəmsal baxışın diqqət mərkəzin­də saxlanılması kimi məsələlərə böyük əhəmiyyət verilib. Bundan başqa, istehlak bazarında rəqabət üstünlüyünün gerçəkləşdirilməsinə, eyni zamanda, müəssisələrin rəqa­bətqabiliyyətliliyinin və dayanıqlılığı­nın rəqəmsal transformasiya texno­logiyaları vasitəsilə yüksəldilməsinə həlledici vasitə kimi yanaşılıb. 

Ekspertlər bildirirlər ki, vergi, gömrük, dövlət satınalmaları və iq­tisadi subyektlərlə qarşılıqlı əlaqədə olan digər dövlət sektorlarında şəf­faflıq və ədalətliliyin təmini rəqabət mühitini gücləndirir. Bu, həm də sahibkarlıq fəaliyyətinin qanun çər­çivəsində qurulması, iqtisadiyyatın əsaslarının möhkəmlənməsi baxı­mından da zəruri şərtlərdən biridir. Çünki sağlam rəqabətli iqtisadiyyat həm xalqın rifah səviyyəsini yük­səldir, həm də xaricdən ölkəyə in­vestisiya axınının miqyasını artırır. Bununla yanaşı, rəqabət mühitinin formalaşması ölkənin qlobal iqtisa­diyyata inteqrasiyasını sürətləndirir, respublikamızın bu istiqamətdə lider mövqeyə yüksəlməsini reallaşdırır. 

Azərbaycanda Rəqabət Mə­cəlləsinin qəbul edilməsi bir daha göstərir ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqti­sadi sabitliyin qorunmasında, həm­çinin monetar və fiskal siyasətin koordinasiyasının gücləndirilməsin­də əhəmiyyətli rol oynayır. Eyni za­manda, bu amil biznes mühitinin yaxşılaşdırılmasını və özəl təşəb­büsün dəstəklənməsini şərtləndirir, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisi­ya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətləri özündə cəmləşdirir. 

Rəqabət Məcəlləsində əhəmiy­yətli məqamlardan biri də qüvvədən düşən “Haqsız rəqabət haqqında”, “Antiinhisar nəzarəti haqqında” və “Təbii inhisarlar haqqında” qanun­lardan sonra sistemləşdirilmiş bütün müddəaları özündə əks etdirməsi­dir. Burada haqsız rəqabət, iqtisa­di təmərküzləşmə, habelə rəqabət haqqında qanunvericiliyə əməl edil­məsinə dövlət nəzarəti tədbirləri, rəqabət qanunvericiliyinin pozulma­sı haqqında işlərə baxılması qayda­ları kimi məsələlərin tənzimlənməsi diqqət çəkir. Belə bir halda təbii ki, rəqabətlə bağlı pozuntuları aşkar­layan, eyni zamanda, araşdıran İqtisadiyyat Nazirliyi yanında Anti­inhisar və İstehlak bazarına Dövlət Nəzarət Xidmətinin səlahiyyətləri daha da genişlənir. 

Ekspertlərin fikrincə, Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə ölkə­mizdə iri əmtəə bazar subyektləri arasında sövdələşmə və razılaşma­lara dövlət tərəfindən nəzarət daha da gücləndiriləcək. Bu isə rəqabət mühitinin şəffaflaşmasına, kiçik və orta sahibkarların bazara daxil ol­masına geniş imkan açacaq. Bun­dan başqa, satınalmalar haqqıdn­da yeni qanunun qüvvəyə minməsi də biznes mühitinin daha da şəffaf­laşmasını şərtləndirəcək. Təbii ki, bu qayda ilə müəyyən bazar sub­yektinin qiymətlərə manipulyasi­yası aradan qaldırılacaq. Nəticədə istehlakçının ədalətsiz qiymət prob­lemi də həllini tapacaq. 

İqtisadiyyat Nazirliyi yanında An­tiinhisar və İstehlak bazarına Dövlət Nəzarət Xidmətinin şöbə müdiri Xa­mis Seyranov isə bildirir ki, Rəqa­bət Məcəlləsinin qəbul edilməsi ilə iqtisadi tənzimlənmədə səmərəlilik yüksələcək. Məcəllənin tətbiqi ba­zarlara giriş maneəsinin aradan qaldırılmasını təmin edəcək, mikro, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək. Bütün bunlarla bəra­bər, bazarda rəqabət mühiti və azad rəqabət şəraitinin formalaşması ba­zar iştirakçılarının sayının çoxalma­sını, yerli təsərrüfat subyektlərinin daxili və xarici bazarlarda rəqabət qabiliyyətinin güclənməsini şərtlən­dirəcək. Rəqabət mühitinin formalaş­dırılması, eyni zamanda, özəl sektor tərəfindən innovasiya fəaliyyətinin və rəqəmsallaşmanın tətbiqinin ge­nişləndirilməsinə, bu çərçivədə yeni alətlərin tətbiqinə imkan yaradacaq.

X.Seyranov, həmçinin əlavə edib ki, Rəqabət Məcəlləsinin tətbiqi ilə işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması pro­sesində özəl sektorun inkişafının sürətlənəcəyi gözlənilir. Məcəllənin re­allaşdırılması ilə sosial rifahın yüksəl­dilməsi üçün də yeni impulslar müəy­yənləşdirilir. Başqa sözlə, kiçik və orta sahibkarlıq subyektlərinin sayı art­maqla yanaşı, yeni iş yerləri açılır, məhsul və xidmətlərin çeşidliliyi üçün seçim imkanı genişlənir. Həmçinin istehsalın və təklifin artması nəticə­sində qiymətlər də azalır. Deməli, bu məcəllə əsassız qiymət artımı ilə mübarizədə əsas alətə çevrilir və bununla da qiymətlərin optimallaşdı­rılmasına nail olunur.

Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert

Rəqabət Məcəlləsinin qəbul edilməsinin ölkə iqtisadiyyatına müsbət təsirləri olacaq. Məsələn, respublikamızda biznes imkan­larının səmərəliliyi yüksələcək, idxal-ixrac potensialı daha da geniş­lənəcək. Digər tərəfdən bu, ölkədə monopoliyanın təsirlərinin aradan qaldırılmasına və bazar payının azaldılmasına böyük təsir göstərə­cək. Nəticə etibarilə Rəqabət Məcəl­ləsinin qəbul edilməsi respublikada rəqabət mühitinin daha da müsbət istiqamətə dəyişməsini şərtləndirə­cək, onun liberallaşmasına əlverişli şərait yaradacaq. Bu isə qiymətlərin daha sabit qalmasını gerçəkləşdirə­cək və süni bahalaşmanın qarşısını alacaq. 

Məcəllənin qəbulunun kiçik və orta biznesə də müsbət təsirləri ola­caq, onların fəaliyyətinin stimullaş­dırılmasına, investisiya yönümünə təsir edəcək, idxal-ixrac əməliy­yatları sürətlənəcək və fəaliyyət is­tiqamətləri genişlənəcək. 

Məcəllənin tətbiqi valyuta gə­lirlərinin artmasında, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rol oynayacaq. Kənd təsərrüfatında, həmçinin emal sahəsinin genişlən­dirilməsində də yeni mərhələ baş­lanacaq, həm yerli, həm də xarici investisiyaların artmasına əlverişli şərait yaradacaq. Bütün bunlar yeni iş yerlərinin yaranması və məşğullu­ğun artmasına səbəb olacaq.

Sonda bildirmək istərdim ki, Rəqabət Məcəlləsi inhisarçılığa qarşı mübarizənin qanuni əsaslarını və prosessual normalarını müəyyən edən Rəqabət Məcəlləsinin layihəsi müxtəlif dövlət qurumları, biznes assosiasiyaları ilə geniş müzakirələr əsasında, onların rəy və təklifləri nəzərə alınaraq hazırlanıb. “Antiin­hisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” qanunlar və digər norma­tiv hüquqi aktlar məcəllədə təkmil sənəddə birləşdirilib.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat