Türkiyə Orta Dəhlizdə önəmli ölkədir

post-img

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyə­tindən (QSC) aldığımız məlumata əsasən, Türkiyədə işgüzar səfərdə olan QSC-nin sədri Rövşən Rüstəmov qardaş ölkədə bir sıra ikitərəfli görüşlər keçirib, Orta Dəhlizin inkişafı istiqamətində görüləcək birgə tədbir­lər barədə müzakirələrdə iştirak edib. 

Türkiyə Dövlət Dəmir Yollarının direktoru və İdarə Heyətinin sədri Hasan Pezukla reallaşan görüş zamanı iki dövlət arasında dəmir yolu sahəsində mövcud əmək­daşlığın inkişaf etdirilməsi, qarşılıqlı maraq daşıyan Qars–Naxçıvan və Bakı–Tiflis–Qars dəmir yolu xətlərinin tək­milləşdirməsi ilə bağlı məsələlərə toxunulub. Həmçinin iki ölkənin dəmiryol qurumları arasında təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə olunub.

QSC-nin sədrinin “TCDD Taşımacılık” şirkətinin direk­toru və İdarə Heyətinin sədri Ufuk Yalçınla görüşündə isə ikitərəfli əməkdaşlığın mümkün perspektivləri, beynəlxalq yük daşımaları sahəsində ölkələrimiz arasında əməkdaş­lığın mövcud vəziyyəti, gələcək planlar istiqamətində gö­rüləcək birgə tədbirlər barədə müzakirələr aparılıb.

XQ

İqtisadiyyat