“Araz Vadisi”ndə 7 şirkət

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarovun məlumatına əsasən, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “ZF Group” MMC-yə rezident statusu verilib və bu­nunla da şirkətlərin sayı 7-yə çatdırılıb.

Nazir bildirib ki, adı çəkilən şirkət tərəfindən sənaye parkının ərazisində müxtəlif çeşiddə yapışqan lentlərin is­tehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 1 milyon ma­nat olan müəssisədə 32 nəfər daimi işlə təmin olunacaq.

XQ

İqtisadiyyat