Ötən il 1,2 milyon ton buğda idxal edilib

post-img

Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda 2023-cü ilin yanvar–dekabr aylarında respublika­mıza 303 milyon 983 min dollar dəyərində 1 milyon 175 min ton buğda idxal edildiyi bildirilib.

Qeyd olunub ki, həmin göstərici 2022-ci illə müqayisə­də həcm baxımından 9,1 faiz və ya 117 min 655 ton, məb­ləğ baxımından isə 30,4 faiz və ya 132 milyon 538 min dollar çoxdur.

Xatırladaq ki, ötən il buğda idxalı Azərbaycanın ümumi idxalının 1,76 faizinə bərabər olub. Eyni zamanda, hesabat dövründə ölkəyə idxal edilən buğdanın 1 tonunun orta qiy­məti 2022-ci illə müqayisədə 23,4 faiz azalaraq 439 manat təşkil edib.

XQ

İqtisadiyyat