Sığorta vəsaitləri 3,7 milyard manata çatacaq

post-img

Azərbaycanda sığorta sektorunun aktivlərinin mövcud 1,9 milyard manatdan potensial olaraq 3,7 milyard manata çatdırılması hədəflənir. Bu məsələ Azərbaycan Mərkəzi Bankının təsdiq etdiyi “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda öz əksini tapıb.

“Ölkədə könüllü sığorta üzrə sığorta haqlarının cari 350 milyon manatdan potensial olaraq 630 milyon manata, həyat sığortası üzrə sığorta haqlarının isə cari 124 milyon manatdan 280 milyon manata çatdırılması hədəflənir”, – deyə sənəddə qeyd olunub.

XQ

İqtisadiyyat