Prezident İlham Əliyevin Sərəncamı ilə Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə maliyyə ayrılıb

post-img

Xəbər verildiyi kimi, 12,7 km uzunluqda, 6 hərəkət zolaqlı olacaq yol Bakının şimal hissəsində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq.

Bu yolun çəkilməsi Sabunçu dairəsindən Zabrat-Kürdəxanı-Pirşağı istiqamətinə, eləcə də Maştağa-Buzovna-Bilgəh istiqamətinə avtomobillərin sürətli hərəkətini şərait yaradacaq.

Yol həm də Pirşağı qəsəbəsindən Sumqayıta çəkilmiş dairəvi yolla birləşəcək. Nəticədə, 2024-cü ildə n yolun istifadəyə verilməsi ilə paytaxtda ən sıx tıxacların yaşandığı Bakı-Sumqayıt yolunda və Zabrat-Sabunçu yolunda vəziyyətin nisbətən yaxşılaşması proqnozlaşdırılır.

Mövzu ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov XQ-la fikirlərini bölüşdü. “Paytaxtın, Abşeron yarmadasının ətrafında şimal-cənub istiqamətində mobilliyin təmin olunmasında mühim rol oynaya bilər. Təzə layihələndirilib tikilən yol nəqliyyatla əlaqələrini yaxşılaşdıracaq. Bakı şəhərinin cənub-şərq tərəfindən – “Neftçilər” metrosu, Əhmədli, Günəşli, hətta Hövsan ərazisindən gələn sürücülər Ziya Bünyadov prospektini keçib, şimala doğru hərəkət edə bilər. Nəticədə, şəhər şossesinin yükü azalacaq, hətta müəyyən dərəcədə Bakı-Sümqayıt yolunda da vəziyyət yaxşılaşacaq. Ancaq ictimai nəqliyyatla keçmək şərti ilə. 

Şahanə XANKİŞİYEVA

 




İqtisadiyyat