Paytaxtda ticarət dövriyyəsi 20 milyard manatı keçib

post-img

Cari ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 20 milyard 372,8 milyon manata çatıb.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, ticarət şəbəkəsin­də satılmış ərzaq məhsullarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 11 milyard 262 milyon manata, qeyri-ər­zaq məhsullarının həcmi isə 5,2 faiz artaraq 9 milyard 110 milyon manata bərabər olub. İstehlak məhsullarının 35,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

XQ

İqtisadiyyat