9 ayda 26,5 milyard dollarlıq məhsul ixrac olunub

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazır­ladığı “İxrac icmalı”nın oktyabr sayına əsasən, 2023-cü ilin yan­var-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 26,5 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin 9 ayı ilə müqayisədə 10,6 faiz artaraq 2,4 milyard dollar olub. 

Nəşrin məlumatına görə, cari ilin yanvar-sentyabr ayları ərzində ölkəmizdən 616,3 milyon dollar dəyərində yeyinti məhsulları ixrac edi­lib. Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı 3,3 dəfə, elektrik enerjisi 2,7 dəfə, qara metallardan məmulatların ixracı 34,3 faiz, mey­və-tərəvəz ixracı isə 7,1 faiz artıb.

2023-cü ilin yanvar-sentyabr aylarında aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 8,4 faiz artaraq 641,2 mil­yon dollar təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhə­miyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4 faiz artaraq 145,9 milyon dollara çatıb. 

Bu ilin sentyabr ayında ölkəmizdən 223,89 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixracı olunub. Bunun da 44,9 milyon dolları yeyinti məhsullarının, 178,9 milyon dolları isə qeyri-yeyinti məhsullarının payına düşüb. 

XQ

İqtisadiyyat