Aqroparklar ölkəmizin inkişafına əsaslı töhfə verir

post-img

Bu təsərrüfatlar aqrar sektorun sənayeləşməsini sürətləndirir

İqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun inkişafının təmin edilməsi dövlətimizin əsas iqtisadi prioritetlərindəndir. Bu məqsədlə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyasına nail olunması ilə yanaşı, qeyri-neft sektorunun da ümumi daxili məhsulda xüsusi çəkisi getdikcə artır. 

Ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qey­ri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının isteh­salı və emalı sektoru son 20 il ərzində iq­tisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və görülmüş məqsəd­yönlü tədbirlər nəticəsində Azərbaycan­da bu sektorun inkişafı üçün əlverişli şə­rait yaradılıb.

Kənd təsərrüfatının ənənəvi sahələ­rindən olan pambıqçılığın, tütünçülüyün, baramaçılığın sürətli inkişafı, kənd təsər­rüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatı­nın yaxşılaşdırılması və emal sənaye­sinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən döv­lət proqramları qəbul edilib. Eləcə də, ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qa­biliyyətlərinin artırılması, yüksək məhsul­darlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prose­sində intensiv metodların geniş tətbiqin­də istehsalçı, emalçı və istehlakçı ara­sında inteqrasiyanın formalaşmasında önəmli rolu olan aqroparkların yaradılma­sı istiqamətində mühüm addımlar atılıb. 

Respublikamızda son illər ərzində kənd təsərrüfatının modernləşdirilmə­si, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması istiqamətlərində mühüm uğurlar əldə edi­lib. Prezident İlham Əliyev tərəfindən aq­rar islahatların müasir mərhələsi ilə bağlı qəbul olunan qərarlar, bu sahənin institu­sional, iqtisadi və texnoloji inkişaf mexa­nizmlərinin təkmilləşdirilməsi istiqamə­tində kompleks layihələrin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf dövrünə keçməsini şərtləndirib. Bütün bu tədbirlərin nəticəsində isə yerli istehsal potensialı güclənib və ərzaq məhsulları­nın rəqabət qabiliyyətliliyi artıb, həmçinin ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin olunması və əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəl­məsi gerçəkləşib. 

Qeyd edək ki, aqroparklar torpaq sahələrindən səmərəli istifadə, məhsul­darlığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir su­varma sistemlərinin tətbiqi üçün innova­tiv və əlverişli mexanizmdir. Bu baxımdan həmin müəssisələrin ərzaq təhlükəsizli­yinin möhkəmlənməsində rolu getdikcə gücləndirilir, sahibkarlığın inkişafı, kiçik, orta və iri təsərrüfatların qarşılıqlı faydalı əməkdaşlığı üçün əlverişli platformaya çevrilməsinə xüsusi önəm verilir.

Ümumiyyətlə, son illərdə iqtisadiyya­tın dayanıqlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən tədbirlər çər­çivəsində elmi yanaşma, qabaqcıl texno­logiya və təcrübənin tətbiqi ilə yaradılan aqroparklar ölkəmizdə ərzaq təhlükəsiz­liyinin möhkəmlənməsinə, idxaldan ası­lılığın azaldılmasına, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviy­yəsinin yüksəldilməsinə, həmçinin emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixrac­yönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənmə­sində də əhəmiyyətli rol oynayır.

Respublikada aqroparkların yaradıl­ması ilə kənd təsərrüfatının inkişafı sürət­lənib. Bu, ərzaqlıq buğda istehsalının artımında özünü daha qabarıq büruzə verib. Belə ki, 2021-2022-ci illər ərzində bu təsərrüfatlarda 147 min hektar tor­paq sahəsi əkin dövriyyəsinə daxil edilib. Bunun 16,4 min hektarında təkrar əkin aparılıb. Becərilmə zamanı suvarma su­yuna qənaət edilməsi və müasir suvarma sistemlərinin tətbiqi diqqət mərkəzində saxlanılıb. Belə yanaşma həmin dövrdə aqroparklarda 156 min ton buğda isteh­salının reallaşması ilə nəticələnib. 

Cari ildə də respublikada fəaliyyət göstərən aqroparklarda yüksək nəticələr əldə olunub. Məsələn, Qax rayonu üzrə ən yüksək məhsuldarlıq “Qax Aqropar­kı”nda qeydə alınıb. Belə ki, builki möv­sümdə aqroparkın arpa sahələrinin hər hektarından 36,2 sentner məhsul götü­rülüb. 

Sabirabaddakı “Pilot Aqropark”ın ilk rezidentlərindən olan “Fructus Aqropark” MMC tərəfindən cari ildə 539 hektar sahədə ərzaqlıq buğda, 26 hektar sahə­də arpa, 80 hektar sahədə isə pambıq əkini aparılıb. Təsərrüfatda arpa sahə­sində biçin işləri artıq yekunlaşıb və bi­çilən sahənin hər hektarından 4 tondan çox arpa yığılıb. Hazırda ərazidə buğda biçini aparılır və artıq biçilmiş 150 hektar sahənin hər hektarından 4 tondan çox keyfiyyətli buğda əldə edilib.

“Ağcabədi taxıl Aqropark” da fəaliy­yəti dövründə yüksək göstəricilər əldə edib. Yeri gəlmişkən, təsərrüfatda sudan səmərəli istifadə etmək üçün ABŞ-dan gətirilən pivot suvarma sistemləri qu­rulub. Əkin sahələrinin suvarılmasında ən müasir müasir metodlardan istifa­də edilib. Pivot suvarma sistemləri elmi və müasir yanaşmaların tətbiqi ilə kənd təsərrüfatı məhsullarının məhsuldarlı­ğının yüksəldilməsinə, maya dəyərinin aşağı salınmasına və eyni zamanda, ər­zaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Eyni zamanda, bu aqroparkda 41-i daimi olmaqla 150 iş yeri yaradılıb. 

Ötən il aqroparkda buğdanın məhsul­darlığı 50 sentner, arpanın məhsuldarlı­ğı təqribən 60 sentner, pambıqda isə bu göstərici 45 sentner olub. Nəzərə alaq ki, respublikada buğda üzrə orta məhsuldar­lıq hektara 31,9 sentner, pambıq üzrə isə 30,92 sentner təşkil edib, o zaman ara­dakı fərqin kifayət qədər yüksək olduğu­nu görmək mümkündür. 

Bu il 509 hektarda arpa, 587 hektar­da buğda əkilib. 690 hektarda da pambıq səpini həyata keçirilib. Buğda biçinindən sonra ikinci məhsul üçün qarğıdalı əkini nəzərdə tutulub. 2023-cü ildə həm də 120 hektar sahədə salınmış badam ba­ğından ilk məhsul yığılacaq.

Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert

Dövlətimizin başçısının çıxışla­rının birində əminliklə vurğuladığı kimi, azad edilmiş ərazilərdə kənd təsərrüfatının müasir planlı şəkil­də ixtisaslaşma əsasında təşkili yaxın gələcəkdə həmin torpaqlarda məskunlaşacaq əhalimizin əkin-bi­çinlə məşğul olmasına müsbət təsir göstərəcək, bu, eyni zaman­da, ölkəmizin ərzaqla təminatının güclənməsini və ixrac imkanlarının böyük dərəcədə artmasını şərtlən­dirəcək.

Ölkə rəhbərinin bu fikri artıq Qarabağ və Şərqi Zəngəzur iqtisa­di rayonlarında öz təsdiqini tapır. İşğaldan azad edilən ərazilərdə kənd təsərrüfatının bərpası və ye­nidən inkişaf etdirilməsi istiqamə­tində genişmiqyaslı tədbirlər həya­ta keçirilir. Düşməndən təmizlənən torpaqlarda məhsul istehsalının artırılması məqsədilə əkin dövriy­yəsinə yeni ərazilər daxil edilir.

Zəngilan rayonunda yaradılan “Dost Aqropark” da bunun bariz ifa­dəsidir. Parkın sürətlə inkişaf etdiril­məsi məhz düşməndən təmizlənən ərazilərdə aqrar sektorun inkişafı, kənd təsərrüfatının sənayeləşdiril­məsi məqsədi daşıyır.

Xatırladaq ki, üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da dövlətimi­zin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Artıq aqropark­da birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb. İnzibati binalar, 5200 kvadratmetrlik qapa­lı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, xidmə­ti heyətin yaşayış binaları tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı reallaşdırılıb. 

Bu gün “Dost Aqropark”ın ikin­ci və üçüncü mərhələləri üzrə iş­lər davam etdirilir. Layihənin hər 3 mərhələsinin başa çatdırılması nə­ticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins hey­vanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yana­şı, bütün bölgəyə hədəflənən in­teqrasiya olunmuş ət emalı və qab­laşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. İstehsal olunan məhsul­lar yerli tələbatı ödəməklə yanaşı, “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılacaq.

V.BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat