Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 286 Bakı şəhəri, 5 avqust 2023-cü il

“Azərbaycan Respublikasının va­hid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində də­yişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 829-VIQD nömrəli Qanunu-nun icrasını təmin etmək məqsədilə Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, mad­də 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, mad­də 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, mad­də 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr 1589, 1597; 2021, № 2, maddə 203, № 3, maddələr 278, 288, 293, 300, 302, № 4, maddələr 395, 399, 404, 416, 417, 418, № 6 (IV kitab), maddə 695, № 7, maddələr 871, 874, № 8, maddələr 966, 973, № 9, maddə 1064, № 10, maddələr 1181, 1187, 1192, № 11, maddələr 1256, 1274, 1280, 1283; 2022, № 1, maddələr 53, 70, № 4, mad­dələr 377, 388, 398, 415, № 5, maddə 577, № 7, maddə 811, № 8, maddə 1026, № 9, maddələr 1085, 1101, № 10, mad­də 1210, № 12, maddə 1552; 2023, № 2, maddə 320, № 4, maddə 588, № 5, mad­də 737; Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2023-cü il 11 iyul tarixli 226 nömrəli və 19 iyul tarixli 233 nömrəli qə­rarları) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş “Azər­baycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.1.4.7.3.0-cı yarımmaddə­sində “Xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri” sözləri “Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikası­nın ərazisindən tranzit keçən xarici döv­lətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliy­yat vasitəsini idarə edən şəxslər” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azər­baycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə”nin 1.1.4.7-ci yarımbən­dində “həmin ərazidən sərnişin və yük da­şınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident” sözləri “Azərbaycan Respublikasının əra­zisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələ­rinin sahibləri və ya həmin nəqliyyat va­sitəsini idarə edən” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları