Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 278 Bakı şəhəri, 5 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Texnoloji biznes inku­batoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezi­dentlərinin və texnoloji biznes inkuba­toru rezidentlərinin reyestrinin apa­rılması Qaydası”nın, “Texnologiyalar parkının və texnoloji biznes inkuba­torunun qeydiyyat şəhadətnamələri­nin Forması”nın və “Texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizənin Forması və ona əlavə edilən sənədlərin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 8 iyul tarixli 257 nömrəli, “Nəzarət mar­kalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil ol­masına nəzarət edilməsi və uçotunun aparılması Qaydası”nın təsdiq edilmə­si haqqında” 2015-ci il 8 iyul tarixli 258 nömrəli, “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli 534 nömrəli, “Elekt­ron qaimə-fakturanın formasının, tət­biqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 mart tarixli 89 nömrəli, “Vergi ödəyici­sinin siyahıya alınmış əmlakının satışı məqsədi ilə elektron hərracın təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edil­məsi haqqında” 2017-ci il 4 may tarixli 196 nömrəli, “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qay­daları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 12 may tarixli 202 nömrəli və “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayder­lərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli qərarların­da dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Preziden­tinin “Azərbaycan Respublikasının İqti­sadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.4-cü bəndinin, “Azərbay­can Respublikasının İqtisadiyyat Nazir­liyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbay­can Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanının 3.3-cü bəndinin və “Azərbaycan Respub­likası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respub­likasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəa­liyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişiklik­lər edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 9.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2015-ci il 8 iyul tarixli 257 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 888) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Texnoloji biznes inkubatoru rezi­dentlərinin qeydiyyatının, həmçinin texno­logiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestri­nin aparılması Qaydası”nın 3.14-cü bən­dində “Vergilər Nazirliyinə” sözləri “İqti­sadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2015-ci il 8 iyul tarixli 258 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 889; 2019, № 3, maddə 551) ilə təsdiq edilmiş “Nəzarət markalarının alın­masına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilmə­si və uçotunun aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənddə “Vergilər Nazirliyinə (bundan sonra - Vergilər Nazirliyi)” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Ver­gi Xidmətinə (bundan sonra - Dövlət Vergi Xidməti) sözləri ilə əvəz edilsin;

2.2. 2.2-ci bəndin birinci və ikinci cüm­lələrində, 2.3-cü, 3.2-ci və 3.4-cü bənd­lərdə ismin müvafiq hallarında “Vergilər Nazirliyi” sözləri ismin müvafiq halların­da “Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin.

3. “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanun-ve­ricilik Toplusu, 2016, № 12, maddə 2249; 2017, № 7, maddə 1497; 2018, № 1, maddə 124, № 7 (II kitab), maddə 1621, № 12 (II kitab), maddə 2757; 2019, № 3, maddə 553; 2021, № 12, maddə 1515) 4-cü hissəsindən “Azərbaycan Respub­likasının vergilər naziri” sözləri çıxarılsın.

4. “Elektron qaimə-fakturanın forma­sının, tətbiqi, uçotu və istifadəsi Qayda­ları”nın təsdiq edilməsi haqqında” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qə­rarının (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2017, № 3, maddə 488; 2021, № 2, maddə 191) 3-cü və 4-cü hissələrində ismin müvafiq hallarında “Vergilər Nazirliyi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edil­sin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 may tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 967) ilə təsdiq edilmiş “Vergi ödə­yicisinin siyahıya alınmış əmlakının satışı məqsədi ilə elektron hərracın təşkili və keçirilməsi Qaydaları”nın 3.5-ci bəndin­də “Vergilər Nazirliyi” sözləri “İqtisadiy­yat Nazirliyi” sözləri ilə, “Nazirliyə” sözü “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmə­tinə” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 may tarixli 202 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 973; 2018, № 12 (II kitab), maddə 2722; 2019, № 1, maddə 165; 2022, № 4, maddə 377) ilə təsdiq edilmiş “Balıqçılıq subyektlərinin uçotunun forması və apa­rılması Qaydaları”nın 2.1.3-cü yarımbən­dində “Vergilər Nazirliyində” sözləri “İq­tisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1891; 2018, № 4, maddə 836, № 8, maddə 1916; 2021, № 6 (IV kitab), maddə 672; 2022, № 4, maddə 388) ilə təsdiq edilmiş “İnternet telekom­munikasiya xidməti göstərən operatorla­rın və provayderlərin uçotunun aparılması Qaydası”nın 5.2-ci bəndində “Vergilər Na­zirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanın­da Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları