Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 277 Bakı şəhəri, 5 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində əhali ilə nağd pul hesablaş­malarının aparılmasında nəzarət-kassa aparatlarının tətbiq olunması haqqın­da” 1995-ci il 18 iyul tarixli 168 nöm­rəli, “Azərbaycan Respublikasında bəzi tünd spirtli içkilərin istehsalına və satışına dövlət nəzarətinin güclən­dirilməsi haqqında” 1998-ci il 7 aprel tarixli 71 nömrəli, “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqın­da Əsasnamənin və Nəqliyyat vasitəsi­ni idarə etmək hüququ verən sürücü­lük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qay­daları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart ta­rixli 41 nömrəli və “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edil­məsi barədə” 2000-ci il 21 dekabr ta­rixli 222 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Preziden­tinin “Azərbaycan Respublikasının İqti­sadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.4-cü bəndinin, “Azərbay­can Respublikasının İqtisadiyyat Nazir­liyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbay­can Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanının 3.3-cü bəndinin və “Azərbaycan Respub­likası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respub­likasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəa­liyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişiklik­lər edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 9.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qə­rara alır:

1. “Azərbaycan Respublikası ərazisin­də əhali ilə nağd pul hesablaşmalarının aparılmasında nəzarət-kassa aparatları­nın tətbiq olunması haqqında” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 1995-ci il 18 iyul tarixli 168 nömrəli Qə­rarının 8-ci hissəsində “Vergilər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının İq­tisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasında bəzi tünd spirtli içkilərin istehsalına və satışına dövlət nəzarətinin gücləndirilməsi haqqın­da” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 1998-ci il 7 aprel tarixli 71 nömrə­li Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, mad­də 279; 1999, № 6, maddə 374; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 6, maddə 499; 2018, № 8, maddə 1817) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2-ci hissədə “Vergilər Nazirliyinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Döv­lət Vergi Xidmətinə” sözləri ilə əvəz edil­sin;

2.2. 3-cü hissədən “, Vergilər Nazirli­yinə və Azərbaycan Respublikasının Anti­inhisar və İstehlak Bazarına Nəzarət Döv­lət Agentliyinə” sözləri çıxarılsın.

3. “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırıl­ması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 197; 2003, № 6, mad­də 342; 2006, № 9, maddə 822, № 11, maddə 989; 2008, № 2, maddələr 116, 125, № 9, maddə 853, № 10, maddə 928; 2009, № 6, maddə 491; 2010, № 8, mad­də 764; 2011, № 6, maddə 566; 2012, № 1, maddə 36, № 5, maddə 488, № 12, maddə 1352; 2013, № 5, maddə 576, № 7, maddə 876, № 8, maddə 998, № 10, maddə 1211, № 11, maddə 1463; 2016, № 4, maddə 778, № 5, maddə 965; 2017, № 2, maddələr 276, 299, № 5, mad­dələr 978, 982; 2018, № 5, maddə 1120, № 11, maddə 2443, № 12 (II kitab), mad­də 2737; 2019, № 1, maddə 154, № 3, maddə 569, № 12, maddə 2094; 2020, № 10, maddə 1291; 2021, № 4, maddə 411, № 7, maddə 881; 2022, № 4, mad­də 385, № 12, maddə 1552; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 may tarixli 159 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazır­lanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”nin 1.2-ci bəndinin birinci cümləsində “Vergilər Na­zirliyindən” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətindən” sözlə­ri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”nin 2.3-cü bəndində “Vergilər Nazirliyindən” sözlə­ri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən” sözləri ilə əvəz edil­sin. 

4. “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 21 dekabr tarixli 222 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, mad­də 873; 2002, № 2, maddə 112; 2003, № 4, maddə 214, № 7, maddə 390; 2004, № 4, maddə 296; 2005, № 5, maddə 456) aşağıdakı dəyişikliklər edilsin: 

4.1. 4-cü hissədə “Vergilər Nazirliyinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Döv­lət Vergi Xidmətinə” sözləri ilə əvəz edil­sin;

4.2. 5-ci hissədə “Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada” sözləri “İqtisadiyyat Nazirliyi yanında Döv­lət Vergi Xidməti tərəfindən” sözləri ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları