Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 275 Bakı şəhəri, 5 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dağınıq skleroz xəstəli­yinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi nor­mativ hüquqi aktların təsdiq edilmə­si barədə” 2012-ci il 5 dekabr tarixli 278 nömrəli, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəx­sin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” 2019-cu il 12 aprel tarixli 163 nömrəli, “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möh­kəmləndirilməsi məqsədilə erkən ni­kahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqın­da” 2020-ci il 23 iyun tarixli 213 nöm­rəli, “Əlilliyi olan şəxslərin dərman pre­paratları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nın təsdiq edilməsi haqqında” 2021-ci il 23 de­kabr tarixli 406 nömrəli və “Azərbay­can Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və payları­nın (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və döv­lət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın təsdiq edilmə­si haqqında” 2022-ci il 15 sentyabr ta­rixli 350 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər və Azərbaycan Respubli­kası Prezidentinin “Azərbaycan Respubli­kasının Səhiyyə Nazirliyi haqqında Əsas­namənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həd­dinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti­nin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” 2019-cu il 23 dekabr tarixli 895 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Pre­zidentinin 2022-ci il 13 may tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 5 dekabr tarixli 278 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1342; 2019, № 4, maddə 771) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin döv­lət tibb müəssisələrində müayinə və müa­licəsinin maliyyələşdirilməsi Qaydası”nın 3-cü hissəsinə “Nazirliyi” sözündən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birli­yi” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 757; 2020, № 5, maddə 641; 2021, № 4, maddə 408) ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birli­yi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın 1-ci hissəsi və 2.1-ci bəndi ləğv edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 803; 2022, № 7, maddə 810) ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda aşağıdakı dəyişikliklər edil­sin:

3.1. aşağıdakı məzmunda 1.2.10-1-ci yarımbənd əlavə edilsin:

“1.2.10-1. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi;”;

3.2. 6.1.7-ci yarımbənd üzrə: 

3.2.1. “Nazirliyi” sözündən sonra “, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri əlavə edilsin; 

3.2.2. 2-ci abzasda “tabeliyində olan tibb müəssisələri vasitəsilə onların” söz­ləri “tabeliyində tibb müəsisələri olduqda onlar vasitəsilə həmin vəsaitlərin” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1530) ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatla­rı, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olun­ması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci, 2.2-ci və 3.2-ci bəndlərdə ismin müvafiq hallarında “İcbari Tibbi Sı­ğorta üzrə Dövlət Agentliyi” sözləri ismin müvafiq hallarında “Tibbi Ərazi Bölmələ­rini İdarəetmə Birliyi” sözləri ilə əvəz edil­sin;

4.2. 4.1-ci bənddə “işləməyən” sözü “işləyən” sözü ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1084, № 12, maddə 1566) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası­nın dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid in­dekslərin Siyahısı”na aşağıdakı məzmun­da 18-ci hissə əlavə edilsin:

“18. Birliklər

18-1/ Tibbi Ərazi Bölmələrini İdarəet­mə Birliyi”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları