Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 272 Bakı şəhəri, 5 avqust 2023-cü il

“Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələri­nin, əqdlərdə və təsdiq edilən sənəd­lərdə təsdiq qeydlərinin formalarının təsdiq edilməsi haqqında” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarix­li 653-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

“Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təs­diq qeydlərinin formalarının təsdiq edil­məsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 652; 2005, № 8, maddə 782, № 12, maddə 1228; 2006, № 2, maddə 203; 2008, № 8, mad­də 787; 2013, № 5, maddə 577; 2014, № 10, maddə 1314; 2016, № 11, mad­də 1936; 2018, № 3, maddə 627; 2019, № 1, maddə 169, № 3, maddələr 513, 564, № 5, maddə 967; 2020, № 4, maddə 482) ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadət­namələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formaları”­na 1-1 nömrəli forma əlavə edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust 

tarixli 148 nömrəli Qərarı  

 

1-1 nömrəli forma

 

 

Notariat hərəkətlərinin qeyd edilməsi üçün

ELEKTRON REYESTR

 

 

 

 

Notariat hərəkəti-nin nömrəsi
Notari-at hərə-kətinin aparıl-dığı tarix
Notariat hərəkətinin aparılma-sında iştirak edən şəxslər və ya onların nümayən-dəsi, onların yaşayış yeri
Notariat hərəkətinin aparılmasın-da iştirak edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər
Notariat hərəkə-tinin məzmunu
Dövlət rüsumu alınmışdır və ya dövlət rüsumunu ödəməkdən azad edil-məsi haqqın-da qeyd
Notariat hərəkəti-nin aparıl-masında iştirak edən şəxslərin fotoşəkli
 

 

 

Nazirlər kabinetinin qərarları