Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 273 Bakı şəhəri, 5 avqust 2023-cü il

“Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilmə­si barədə” Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, mad­də 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 76, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347, № 3, maddə 628, № 4, maddə 789, № 5, maddə 1122, № 6, maddələr 1360, 1367, № 9, maddə 1929, № 10, maddə 2166; 2019, № 1, maddə 169, № 3, maddələr 513, 564, № 5, maddələr 938, 967, № 6, maddə 1172, № 7, maddələr 1325, 1338, № 10, maddə 1674; 2020, № 6, maddə 783, № 10, maddələr 1282, 1299, № 12 (V kitab), maddə 1580; 2021, № 3, maddə 302, № 12, maddə 1509; 2022, № 4, maddə 414; 2023, № 5, maddə 723; Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2023-cü il 6 iyun tarixli 188 nömrəli Qərarı) ilə təsdiq edil­miş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü hissənin birinci abzasına “zidd olmayan” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin,” sözləri əlavə edilsin.

2. 7-ci hissə üzrə:

2.1. beşinci abzasda “Ərizədə müraciət edən şəxsin imzasının həqiqiliyi notariat qay­dasında təsdiqlənir və” sözləri “Ərizə” sözü ilə əvəz edilsin və həmin abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Həmin ərizə yazılı formada bilavasitə notariusun yanında imzalanaraq verilir, nota­rius tərəfindən ərizə üzərində tarix və onun yanında verildiyi qeyd edilməklə imzalanır, həmçinin şəxsi gerbli möhürlə təsdiq edilir və bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstə­rilən xidmətə görə haqq alınmır.”;

2.2. on səkkizinci abzasa aşağıdakı məz­munda ikinci cümlə əlavə edilsin:

“Bu arayışın əldə edilməsi ayrıca notariat hərəkəti hesab edilmir və buna görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkət­ləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır.”;

2.3. on doqquzuncu abzas aşağıdakı re­daksiyada verilsin:

“Notarius tərəfindən daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin Azər­baycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi va­sitəsilə real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irə­li gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiy­yatının aparılması üçün ərizə hesab olunur.”;

2.4. iyirmi üçüncü abzas ləğv edilsin.

3. Aşağıdakı məzmunda 7-1-ci və 7-2-ci hissələr əlavə edilsin:

“7-1. “Daşınmaz əmlakın dövlət re­yestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların “bir pəncərə” prinsipi əsasında həyata keçiril­məsi üçün notarius müraciət etmiş şəxslə­rin həqiqi niyyətinə uyğun şərtlər əsasında müqavilə layihəsini tərtib edir və layihə tərəflərlə razılaşdırıldıqdan sonra müqavilə­nin rəsmiləşdirilməsi və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı ilə bağlı hə­min notariusun depozit hesabına mədaxil ediləcək bütün xərcləri (daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatı və daşınmaz əmlaka dair çıxarışın hazırlanması, daşınmaz əmlakın təsvirinin, bu əmlak üzə­rində qeydiyyata alınmış hüquqlara və onla­rın məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın alınması, dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstə­rilən xidmətə görə haqqı, bank xidmət haqqı, habelə sadələşdirilmiş verginin ödənilməsi və əmlakın dəyəri) əks etdirən mədaxil bildiri­şini hazırlayır. Mədaxil bildirişi çap edilərək tərəflərə təqdim olunur.

Tərəflərin bu ödənişlərlə razı olması onla­rın həmin mədaxil bildirişi və bu şərtlər əsa­sında müqavilə bağlamaq istəyi barədə birgə ərizələrində notariusun iştirak etdiyi imzaları ilə təsdiq olunur. Bu ərizə notarius tərəfindən üzərində tarix və onun yanında verildiyi qeyd edilməklə imzalanır, həmçinin şəxsi gerbli möhürlə təsdiq edilir (bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkət­ləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır).

Tərəflər müqaviləni kağız daşıyıcıdakı nüsxədə bilavasitə imzalayırlar.

İmzalanmış müqavilənin kağız daşyıcıda­kı nüsxəsində “müqavilə notariusun elektron imzası ilə təsdiq edildikdən sonra qüvvəyə minir” qeydi aparılmaqla yalnız ödənişlər edildikdən sonra kağız daşıyıcıdakı nüsxəsi notariat qaydasında təsdiq edilir.

Tərəflər müqavilənin bütün nüsxələrini imzaladıqdan sonra bu Təlimatın 7-1-ci his­səsinin birinci abzasında nəzərdə tutulmuş xərclərin Hökumət Ödəniş Portalı (HÖP) va­sitəsilə aidiyyəti üzrə həyata keçirilməsi üçün “Elektron notariat” informasiya sistemində ödəniş tapşırığı hazırlanaraq elektron qayda­da notariusun depozit hesabı olduğu banka göndərilir, bir nüsxəsi isə çap edilərək bank şöbəsinə təqdim etmək üçün tərəflərə təqdim edilir.

Bu Təlimatın 7-1-ci hissəsinin birinci ab­zasında nəzərdə tutulmuş xərclərin notariusun depozit hesabına ödənilməsi barədə məlumat notariusa “Elektron notariat” informasiya sistemi vasitəsilə daxil olduqda, müqavilənin elektron daşıyıcıdakı nüsxəsi real vaxt reji­mində notariusun elektron imzası ilə təsdiq edilməklə daşınmaz əmlakın dövlət reyestri­nin informasiya sisteminə ötürülür, kağız da­şıyıcıdakı nüsxəsi isə təsdiq edilməklə notariat işinə əlavə edilir.

7-2. Notarius daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlə­rin (o cümlədən müqavilə, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqın­da şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi, bölgü planı, nisyə alqı-satqı müqaviləsi üzrə son ödəniş barə­də bildiriş və s.) elektron nüsxəsini “Elekt­ron notariat” informasiya sistemi vasitəsilə hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlakın dövlət reyestrinin informasiya siste­minə ötürür. Bu zaman bu Təlimatın 7-1-ci hissəsi ilə müəyyən edilmiş göstərişlər müva­fiq qaydada tətbiq edilir.”.

4. 10-cu hissə üzrə:

4.1. ikinci abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Təlimatın 10-cu hissəsinin dördüncü və altıncı abzaslarında nəzərdə tutulan hal­lar istisna olmaqla, “Dövlət rüsumu haqqın­da” Azərbaycan Respublikasının Qanununa əsasən notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadol­malar tətbiq edilən hallarda xüsusi notariuslar tərəfindən bu haqq və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutul­mur.”;

4.2. aşağıdakı məzmunda on ikinci abzas əlavə edilsin:

“Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tu­tulmayan, o cümlədən notariat işinə əlavə edilməsi məqsədilə sənədlərin surətlərinin təsdiqinə, habelə digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasi­ya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur. Bu zaman onların üzə­rində notarius tərəfindən tarix göstərilməklə “Əsli ilə düzdür” sözləri yazılır, imzalanır və şəxsi gerbli möhürlə təsdiq edilir və notariat işinə tikilir.”.

5. 13-cü hissənin on ikinci abzasının üçüncü cümləsindən “notariat qaydasında təsdiqlənmiş” sözləri çıxarılsın, həmin ab­zasa aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin və dördüncü cümlə beşinci cüm­lə hesab edilsin:

“Həmin ərizə bilavasitə notariusun qarşı­sında imzalanaraq yazılı formada verilir, no­tarius tərəfindən ərizə üzərində tarix və onun yanında verildiyi qeyd edilməklə imzalanır, həmçinin şəxsi gerbli möhürlə təsdiq edilir və bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstə­rilən xidmətə görə haqq alınmır.”.

6. 13-1-ci hissə üzrə:

6.1. ikinci abzasın birinci cümləsinə “bar­kod” sözündən sonra “və QR-kod” sözləri əlavə edilsin;

6.2. üçüncü abzasa “sənəddə” sözündən sonra “və “Elektron notariat” informasiya sistemi vasitəsilə aparılan “Notariat hərəkət­lərinin qeyd edilməsi üçün elektron reyestr”­də” sözləri əlavə edilsin.

7. 23-cü hissə üzrə:

7.1. birinci abzasda “kadastrının məlu­matlarının alınması ilə bağlı əsaslandırılmış yazılı və ya elektron sorğular vermək hüququ vardır” sözləri “kadastrı və Azərbaycan Res­publikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş fiziki şəxslərin sadələşdirilmiş vergi­nin tutulması üçün yaşayış və qeyri-yaşayış sahələrinin və torpağın yerləşdiyi ərazi üzrə zona məlumatlarını real vaxt rejimində əldə etmək hüququ vardır” sözləri ilə əvəz edil­sin və aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün tələb olunan sənəd və (və ya) məluma­tın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunması mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumat­ların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Azərbay­can Respublikasının Ədliyyə Nazirliyi bu Təlimatdakı sənəd və məlumatlardan Elekt­ron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olanlarının siyahısını müəyyən edir və rəsmi internet saytında yer­ləşdirir.”;

7.2. ikinci abzasda “kağız daşıyıcısına keçirilərək” sözləri “kağız daşıyıcıya keçi­rilərək bu Təlimatın 10-cu hissəsinin on ikin­ci abzası nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin.

8. 29-cu hissə üzrə:

8.1. birinci abzasdan “kağız və” sözləri çıxarılsın, həmin abzasa “elektron” sözün­dən sonra “və bu abzasın ikinci cümləsində nəzərdə tutulmuş hallarda kağız” sözləri və aşağıdakı məzmunda ikinci və üçüncü cüm­lələr əlavə edilsin:

“Hərbi vəziyyətin elan edilməsi, habelə təbii fəlakətlər, texnoloji qəzalar və fövqə­ladə xarakter daşıyan digər hallar zamanı dövlət orqanlarının elektron informasiya sis­temlərinin, o cümlədən “Elektron notariat” informasiya sisteminin fəaliyyətində fasilələr baş verdiyi halda notariat hərəkətləri bu Tə­limatda nəzərdə tutulmuş qaydada kağız formada aparılan notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir. Kağız formada aparılan reyestr­lərin tətbiqi tarixi və müddəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir.”;

8.2. ikinci abzasa “tərəfindən” sözündən sonra “Elektron notariat” informasiya siste­mində” sözləri, “olunur” sözündən sonra “və hər bir hərəkətə avtomatlaşdırılmış qaydada vahid reyestr nömrəsi verilir” sözləri əlavə edilsin.

9. 31-ci hissə üzrə:

9.1. ikinci abzasdan “ onların notariat qaydasında təsdiq edilmiş” sözləri çıxarılsın və həmin abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu zaman həmin sənədlər bu Təlima­tın 10-cu hissəsinin on ikinci abzası nəzərə alınmaqla təsdiq edilməlidir və bununla bağ­lı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.”;

9.2. dördüncü abzasa aşağıdakı məzmun­da ikinci cümlə əlavə edilsin:

“Bu zaman həmin sənədlər bu Təlima­tın 10-cu hissəsinin on ikinci abzası nəzərə alınmaqla təsdiq edilməlidir və bununla bağ­lı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır.”;

9.3. beşinci abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu zaman həmin sənədlər bu Təlima­tın 10-cu hissəsinin on ikinci abzası nəzərə alınmaqla təsdiq edilməlidir və bununla bağ­lı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.”;

9.4. səkkizinci abzasda “notariat qayda­sında” sözləri “notarius tərəfindən” sözləri ilə əvəz edilsin və həmin abzasa aşağıdakı məz­munda ikinci cümlə əlavə edilsin:

“Bu zaman həmin sənədlər bu Təlima­tın 10-cu hissəsinin on ikinci abzası nəzərə alınmaqla təsdiq edilməlidir və bununla bağ­lı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.”.

10. 33-1-ci hissənin ikinci abzasına “sax­layır” sözündən sonra “(bu zaman həmin sənədlər bu Təlimatın 10-cu hissəsinin on ikinci abzası nəzərə alınmaqla təsdiq edilmə­lidir və bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur)” söz­ləri əlavə edilsin. 

11. 39-cu hissənin beşinci abzasının ikin­ci cümləsində “notariat qaydasında təsdiq edilməli” sözləri “notarius tərəfindən üzə­rində tarix və onun yanında verildiyi qeyd edilməklə imzalanmalı, həmçinin şəxsi gerbli möhürlə təsdiq edilməli (bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətlə­ri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır)” sözləri ilə əvəz edilsin.

12. 41-ci hissənin dördüncü abzasında “notariat qaydasında” sözləri “notarius tərə­findən” sözləri ilə əvəz edilsin və həmin ab­zasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu zaman həmin sənədlər bu Təlima­tın 10-cu hissəsinin on ikinci abzası nəzərə alınmaqla təsdiq edilməlidir və bununla bağ­lı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır.”.

13. 42-ci hissənin səkkizinci abzasında “notariat qaydasında” sözləri “notarius tərə­findən” sözləri ilə əvəz edilsin və həmin ab­zasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu zaman həmin sənədlər bu Təlima­tın 10-cu hissəsinin on ikinci abzası nəzərə alınmaqla təsdiq edilməlidir və bununla bağ­lı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır.”.

14. Aşağıdakı məzmunda 45-1-ci hissə əlavə edilsin:

“45-1. Daşınmaz əmlak barəsində sərən­cam verilməsi ilə bağlı müqavilənin rəsmiləş­dirilməsi və hüquqların dövlət qeydiyyatı ilə bağlı müqavilə üzrə tərəflərin qanunvericilik­lə müəyyən edilən xərcləri notariusun ödəniş tapşırığında təyinatı göstərilməklə, bankda açdığı depozit hesabından eyni vaxtda ödə­nilir.”.

15. 47-ci hissə aşağıdakı redaksiyada ve­rilsin:

“47. Qeydiyyatdan keçməli olan əmlaka sərəncam verilməsi haqqında müqavilələri təsdiq edərkən, notarius tərəfindən əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışın infor­masiya sistemi vasitəsilə əldə edilərək surə­ti (bu Təlimatın 10-cu hissəsinin on ikinci abzası nəzərə alınmaqla təsdiq edilməlidir və bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstə­rilən xidmətə görə haqq alınmır) kağız daşı­yıcısına keçirilərək təsdiq edilir və notariat işinə əlavə olunur.”.

16. 48-ci hissənin birinci, dördüncü və beşinci abzasları aşağıdakı redaksiyada ve­rilsin:

“48. Notarius tərəfindən daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlaka dair dövlət reyest­rindən çıxarış, həmin əmlakın təsviri, bu əm­lak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindəki məlumatlar notari­us tərəfindən dövlət reyestrindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin sənəd və məlumatlar notariusun istifadə etdiyi müva­fiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunur.

Avtonəqliyyat vasitələrinin özgəninkiləş­dirilməsi və ya ipoteka qoyulmasına dair müqavilələr, avtonəqliyyat vasitələrinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd, onla­rın müayinədən keçməsi barədə arayış Azər­baycan Respublikası Daxili İşlər Nazirliyinin informasiya sistemindən “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt reji­mində əldə edildikdən sonra təsdiq edilir.”.

Əmlak üzərində qadağa olduqda əmla­kın özgəninkiləşdirilməsi haqqında müqa­vilə yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilə bilər.”.

17. 49-cu hissə üzrə:

17.1. birinci abzasda “qeydiyyatda olması barədə məlumatı” sözləri “qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi” sözləri ilə əvəz edilsin;

17.2. yeddinci abzasa “tikir” sözündən sonra “və həmin məlumatın surəti bu Təlima­tın 10-cu hissəsinin on ikinci abzası nəzərə alınmaqla təsdiq edilməlidir və bununla bağ­lı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır ” sözləri əlavə edilsin;

17.3. on birinci abzasda “nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyul­ması haqqında müqavilələr o zaman təsdiq oluna bilər ki, əmlaka sərəncam verilməsi barədə ər-arvadın digərinin yaşayış yeri üzrə harada qeydiyyatda olmasından asılı olmaya­raq notariat qaydasında təsdiq edilmiş razılığı olsun” sözləri “ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasın­da təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlanılması üçün digər tərə­fin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur” sözləri ilə əvəz edilsin;

17.4. on yeddinci abzasın ikinci cümlə­sinə “halı” sözündən sonra “müvafiq infor­masiya sistemləri vasitəsilə əldə edilmiş” sözləri əlavə olunsun və həmin cümlədə “şəxslər haqqında arayış” sözləri “şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənəd” sözləri ilə əvəz edilsin;

17.5. aşağıdakı məzmunda on doqquzun­cu abzas əlavə edilsin:

“Qeydiyyatdan keçməli olan əmlakın öz­gəninkiləşdirilməsi ilə bağlı beh müqaviləsi təsdiq edilərkən bu hissənin on birinci abza­sında nəzərdə tutulmuş razılıq tələb olunur.”.

18. 77-ci hissənin birinci abzasına “surə­ti” sözündən sonra “(həmin sənədlərin surəti bu Təlimatın 10-cu hissəsinin on ikinci abza­sı nəzərə alınmaqla təsdiq edilir və bununla bağlı dövlət rüsumu və ya haqq, habelə no­tariat hərəkətləri ilə əlaqədar göstərilən xid­mətə görə haqq alınmır)” sözləri əlavə edil­sin.

19. 160-1-ci hissə üzrə:

19.1. birinci abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq edir.”;

19.2. beşinci, yeddinci, doqquzuncu, on ikinci və on üçüncü abzaslar ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları