Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 274 Bakı şəhəri, 5 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifika­tın Forması”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 mart tarixli 87 nömrəli və “1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nin təsdiq edilməsi haqqın­da” 2017-ci il 8 dekabr tarixli 545 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edil­məsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 658-VIQD nömrə­li Qanununun tətbiqi və Azərbaycan Respubli­kası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqın­da” 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 yanvar tarixli 1962 nömrəli Fərmanı­nın 4-cü hissəsinin icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2017, № 3, maddə 486, № 11, maddə 2176; 2018, № 2, maddə 366; 2022, № 3, maddə 274, № 6, maddə 684) ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na 1 nömrəli əlavə - “Dövlət qullu­ğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları və alt qrupları” cədvəlində aşağıdakı dəyişikliklər edilsin:

1.1. “AB2” sətrində “şöbə müdirinin müa­vini;” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən və­zifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparat rəhbərləri və onların müavinləri;”;

1.2. “AB4” sətrində “şöbə müdirinin müa­vini” abzasından sonra nöqtəli vergül işarəsi və aşağıdakı məzmunda yeni abzas əlavə edil­sin:

“Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən və­zifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin rəhbərlə­rinin müşavirləri, köməkçiləri”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 dekabr tarixli 545 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2493; 2018, № 7 (II kitab), maddə 1661, № 9, maddə 1938; 2022, № 3, maddə 274, № 6, maddə 684, № 9, maddə 1083) ilə təsdiq edilmiş “1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birin­ci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nə aşağıdakı məzmunda 8.4.10-1-ci, 8.4.10-2-ci və 8.5.5-1-ci yarımbəndlər əlavə edilsin:

“8.4.10-1. aparat rəhbəri

Təhsilə dair tələblər: ali təhsil;

İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 5 il qulluq stajı və yaxud 8 il iş stajı;

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluq­çularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “İnzi­bati icraat haqqında” qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, Azərbaycan Respub­likası Prezidentinin 2017-ci il 10 oktyabr ta­rixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabineti­nin iş qaydası”nı, dövlət qulluğu, dövlət orqa­nı və vəzifənin fəaliyyət istiqaməti üzrə mü­nasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqə­dar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;

8.4.10-2. aparat rəhbərinin müavini

Təhsilə dair tələblər: ali təhsil;

İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 5 il qulluq stajı və yaxud 7 il iş stajı;

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluq­çularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “İnzi­bati icraat haqqında” qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, Azərbaycan Respub­likası Prezidentinin 2017-ci il 10 oktyabr ta­rixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabineti­nin iş qaydası”nı, dövlət qulluğu, dövlət orqa­nı və vəzifənin fəaliyyət istiqaməti üzrə mü­nasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqə­dar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;

8.5.5-1. dövlət orqanı rəhbərinin müşaviri

Təhsilə dair tələblər: müvafiq ali təhsil;

İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 1 il qulluq stajı və yaxud 3 il iş stajı;

Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluq­çularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “İnzi­bati icraat haqqında” qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azər­baycan haqqında ümumi məlumatları, idarəet­mə, o cümlədən insan resurslarının idarə edil­məsi ilə bağlı nəzəri və praktiki bilikləri;”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları