Təbii qaz hasilatı 2,5 faiz çoxalıb

post-img

Cari ilin yanvar-aprel aylarında əmtəə qazının hasilatı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 1,9 faiz çoxalıb.

Dövlət Statistika Komitəsinin məlu­matına görə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda təbii qaz hasi­latı 16,142 milyard kubmetr, o cümlədən əmtəə qazının hasilatı 12,215 milyard kubmetr təşkil edib. Təbii qaz hasilatı isə illik hesablamada 2,5 faiz artıb.

Komitənin məlumatına əsasən, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda kondensatla birlikdə 10,228 milyon ton xam neft hasil olunub ki, bunun təqribən 10,202 milyon tonu əmtəə neftinin payına düşüb. Beləliklə, Azərbaycan kondensatla birlikdə xam neft hasilatını illik hesablamada 8 faiz azaldıb. Əmtəə neftinin hasilatı isə il ər­zində 8 faiz azalıb.

Qeyd edək ki, Azərbaycan təbii qa­zın 8,4 milyard kubmetrini xarici bazar­lara ixrac edib. Yanvar-aprel aylarında Azərbaycan Avropaya (3,9 milyard ku­bmetr), Türkiyəyə (3,4 milyard kubmetr) və Gürcüstana (1,1 milyard kubmetr) təbii qaz ötürüb. Hesabat dövründə TANAP vasitəsilə Türkiyəyə 1,9 milyard kubmetr təbii qaz ixrac olunub.

 

“Xalq qəzeti”

İqtisadiyyat