Kənd təsərrüfatı məhsulları 3,5 faiz bollaşıb

post-img

Kənd təsərrüfatında cari ilin yanvar-aprel aylarında diri çəkidə 187,3 min ton ət, 697,6 min ton süd, 726,5 milyon ədəd yumurta, 2,1 min ton yun, 128,3 min ton tərəvəz və 50,3 min ton kartof istehsal olunub.

Dövlət Statistika Komitəsindən bil­dirilib ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,5 faiz, o cümlədən heyvandar­lıq məhsulları istehsalı 3,5 faiz, bitkiçilik məhsulları istehsalı isə 3,2 faiz artıb.

“Xalq qəzeti”

İqtisadiyyat