Minik avtomobillərinin istehsalı genişlənəcək

post-img

Son illər ölkəmizdə minik avtomobillərinin istehsalında artım müşahidə olunur. Bu sahədə həyata keçirilən növbəti stimullaşdırıcı tədbir isə gələcəkdə yerli istehsalın bir qədər də genişləndirilməsinə səbəb olacaq. 

Belə ki, bu ildən Azərbaycanda is­tehsal olunan minik avtomobillərinin sa­tışı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq. Xatırladaq ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq ko­mitəsinin mayın 18-də keçirilən iclasında müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ölkə ərazisində is­tehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq. Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsa­lının dəstəklənməsi məqsədi daşıyır. 

“Xalq qəzeti”

İqtisadiyyat