Əkməsən –biçməzsən

post-img

Azərbaycanda ötən il 1 milyon 71 min hektar sahədə taxıl əkilib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu, 2021-ci illə müqayisədə 4,2 faiz çox olub. 2022-ci ilin payız əkini mövsümündə ölkə üzrə 657 min 900 hektar sahədə buğda əkilib ki, bu da əvvəlki illə müqayisədə 9,3 faiz çoxdur. 

Bu mövsüm üçün 1 milyon hektardan çox sahəyə taxıl səpilib 

Ötən il, həmçinin 399 min 700 hek­tarda arpa, 200 hektarda isə çovdar əkilib.

Xatırladaq ki, 2021-ci ildə ölkə üzrə 1 milyon 28 hektar taxıl əkilmişdi ki, bunun da 602 min 100 hektarı buğda, 413 min 600 hektarı arpa, 200 hektarı isə çovdar təşkil etmişdi.

“Xalq qəzeti”

İqtisadiyyat