Samir Rzayev: AZAL donanmasının yenilənməsi strategiyasının bir hissəsidir

post-img

Azərbaycan milli aviadaşıyıcısı (AZAL) A320neo və A321neo laynerləri daxil olmaqla A320neo ailəsinə aid 12 “Airbus” təyyarəsi üçün sifariş verib.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti Samir Rzayev bildirib.

S.Rzayev qeyd edib ki, yeni təyyarələr aviaşirkətin səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa və parkda olan bütün hava gəmilərində sərnişinlərin yüksək səviyyədə rahatlığını təmin etməyə imkan verir. Bu amillər müasir və qənaətcil təyyarələrin istismarına yönəlmiş AZAL-ın donanmasının yenilənməsi strategiyasının bir hissəsidir. Mühərriklərin seçimi aviaşirkət tərəfindən daha sonrakı mərhələdə baş tutacaq.

İqtisadiyyat