IDC araşdırma şirkətinin məlumatına görə, 2024-cü ilin birinci rübündə "Apple" smartfonlarının tədarükü təxminən 10% azalıb. Şirkət ən böyük istehsalçıların reytinqində birinci yeri Samsung-a verərək yenidən ikinci yerə düşüb. Amerika korporasiyası 2023-cü ilin sonuna qədər Cənubi Koreya şirkətini üstələmişdi.
2024-cü ilin yanvar-mart aylarında qlobal smartfon tədarükü 7,8% artaraq 289,4 milyon ədədə çatıb. IDC-nin məlumatlarına istinadən "Reuters" yazır ki, smart bazarında "Samsung"un payı 20,8%, "Apple"in 17,3%, "Xiaomi"nin isə 14,1% təşkil edib.
İlin əvvəlində yeni flaqman modeli "Galaxy S24"ü təqdim edən Samsung, ilk rübdə 60 milyondan çox smartfon satıb. "Apple"in bir il əvvəlki 55,4 milyona qarşı 50,1 milyon ədəd telefon satdığı bildirilir.
İlin əvvəlində Amerikanın "Microsoft" korporasiyası dünyanın ən dəyərli şirkətləri reytinqində "Apple" şirkətini üstələyib. "Microsoft"un bazar kapitallaşması 3 trilyon dolları keçib.
S.ELAY
XQ