ABŞ yarımkeçirici sənayenin inkişafına milyonlar xərcləyəcək

post-img

ABŞ Ticarət Departamenti “Chips & Science Act” (CHIPS & Science Act) çərçivəsində ilkin razılaşmanın bir hissəsi olaraq, yarımkeçiricilər sənayesində ölkənin mövqeyini gücləndirmək üçün Amerika çip istehsalçısı "Microchip Technology"yə təxminən 162 milyon dollar verəcək.

TASS xəbər verir ki, bu barədə ABŞ Milli İqtisadi Şurasının rəhbəri Lael Braynard Ağ Evin saytında dərc olunan bəyanatında bildirib.

Məlumata görə, bu investisiyanın eyni dərəcədə vacib məqsədi ordu və peyklərdən tutmuş istehlak məhsullarına qədər Amerika iqtisadiyyatı və milli təhlükəsizlik sistemini yarımkeçiricilərlə təmin etmək üçün davamlı sistemin yaradılmasını başa çatdırmaqdır.

L.Braynardın sözlərinə görə, bu yaxınlarda, koronavirus pandemiyası zamanı ABŞ yarımkeçiricilərin kritik çatışmazlığı ilə üzləşmişdi.

S.ELAY

XQ

İKT