İran Kirman şəhərində baş verən partlayışlarda ölənlərin sayını açıqlayıb

post-img

İran hakimiyyəti Kirman şəhərində törədilən terror aktının qurbanları ilə bağlı məlumatları yenidən nəzərdən keçirib: yenilənmiş məlumata görə, 84 nəfər həlak olub.

Bu barədə “İnterfaks” İran mətbuatına istinadən xəbər verir.

Bu məlumatı İranın daxili işlər naziri Əhməd Vahidi açıqlayıb. O, həmçinin bildirib ki, 284 nəfər xəsarət alıb, onlardan 220 nəfəri xəstəxanaya yerləşdirilib. Bəzi xəstələrin vəziyyəti ağırdır.

İlkin olaraq səlahiyyətlilər 103 nəfərin öldüyünü və 211 nəfərin yaralandığını bildirmişdilər.

Nazir səlahiyyətlilərin bu rəqəmlərə yenidən baxılmasının səbəbini açıqlamayıb.

Ötən çərşənbə günü İranın Kirman şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds qüvvələrinin keçmiş komandanı, 2020-ci il yanvarın 3-də ABŞ Hərbi Hava Qüvvələrinin Bağdadda həyata keçirdiyi hava hücumu nəticəsində həlak olan general Qasım Süleymaninin anım günündə bir neçə partlayış törədilib. 

S.ELAY

XQ

Dünya