Hindistan Xarici İşlər Nazirliyi təkzib edir

post-img

Hindistan Ukraynaya artilleriya sursatları göndərməyib. Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval Yeni Dehlidə keçirdiyi brifinqdə Ukraynaya Hindistan mərmilərinin tədarükü ilə bağlı mediada yayılan məlumatlarla bağlı sualı cavablandırarkən bildirib: “Biz qəti şəkildə deyə bilərik ki, biz Ukraynaya heç bir artilleriya sursatı göndərməmişik, ixrac etməmişik".

Bundan əvvəl bəzi Rusiya və Ukrayna KİV-i Ukrayna ordusunun Hindistanda istehsal olunan sursatlardan istifadə etməyə başladığı barədə məlumat yayıb. Onlar sosial şəbəkələrdə Ukrayna silahlı qüvvələrinin hərbçisinin Hindistan istehsalı olan 155 mm-lik mərmi əks etdirdiyi videoya istinad edirlər.

S.ELAY

XQ

Dünya