Cari ilin yanvar ayında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 12,3 milyon manatlıq məhsul istehsal olunub.
2022-ci illə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 44,6 faiz, elektrik avadanlıqlarının istehsalı isə 30,9 faiz artıb.
Yanvar ayı ərzində əvvəlki ilin müvafiq ayı ilə müqayisədə ölçmə cihazlarının istehsalında 72,6 faiz, elektrik tənzimləyici cihazların istehsalında isə 62,3 faiz artım qeydə alınıb.