Bir ilə yaxındır ki, Çinin paytaxtı Pekində təhlükəsizlik sürücüləri olmadan avtonom nəqliyyat vasitələrini idarə etməyə icazə verilib. Bu, Çində ilk «Robot Taksi» xidmətdir.
Yeniliyə start vermiş “Baidu“ və “Pony.ai” taksi şirkətləri hələlik bütünlüklə Pekin şəhərində fəaliyyət göstərə bilmir – onlar təxminən, 300 min sakini olan Yizhuangda 60 kvadratkilometr ərazi ilə məhdudlaşır. Sürücüsüz avtonom avtomobillərin sayı az olsa da, yenilik özünü doğruldur. İnam var ki, bu say tədricən artacaq.
Şəhərdə əvvəlcə hər iki xidmətdən sükan arxasında təhlükəsizlik sürücüsü olması tələb edilirdi. “Toyota” firması tərəfindən dəstəklənən “Pony.ai” Çində taksi lisenziyası qazanan ilk avtonom avtomobil şirkətidir. O, Quançjou ştatının Nanşa şəhərində 100 nəqliyyat vasitəsini idarə etmək üçün icazə alıb.