Bu gün Misli Premyer Liqasının XVI turunda iki oyun keçirilib. Yevlax şəhər stadionunda baş tutan oyunda “Karvan-Yevlax” “Neftçi”ni qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb–2:1.
Yevlaxlıların heyətində 45+9-cu dəqiqədə Araz Abdullayev penalti zərbəsindən hesabı açıb. 61-ci dəqiqədə Bassala Sambu qonaqların bərabərlik qolunu vurub. “Neftçi”nin kapitanı Emin Mahmudov 90+7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasını irəli çıxarıb.
“Neftçi” 20 xalla 7-ci, “Karvan-Yevlax” isə 6 xalla sonuncu pillədədir.
Günün ikinci görüşündə isə Zirə İdman Kompleksinin stadionunda meydan sahibləri “İmişli”ni qəbul edib. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.
28 xalı olan “Zirə” turnir cədvəlində 3-cüdür. “İmişli” isə 17 xalla 9-cu sırada yer alıb.
Qeyd edək ki, turun dünən keçirilən oyunlarında “Turan Tovuz” “Kəpəz”i (2:0) məğlub edib.
Qabil YUSİFOĞLU
XQ

