Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, kişi şahmatçıların finalında Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıb. Qadınların həlledici görüşündə isə Gövhər Beydullayeva Günay Məmmədzadəyə qalib gəlib.
3-cü yer uğrunda partiyada Ülviyyə Fətəliyeva Gülnar Məmmədovadan güclü olub.
Sabah medallar uğrunda görüşlərdə cavab partiyaları oynanılacaq.
Qeyd edək ki, kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat qazanacaq.