Robert Kennedi ABŞ-ın yeni Səhiyyə və Sosial Xidmətləri katibi oldu

post-img

ABŞ Senatı tərəfindən Robert Kennedinin Səhiyyə və Sosial Xidmətləri katibi vəzifəsinə namizədliyi rəsmi olaraq təsdiqlənib.

AZƏRTAC-ın məlumatına görə, 52 lehinə, 48 əleyhinə səslə Robert Kennedi yeni vəzifəsinə təyin olunub.

Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur. O, müstəqil namizəd kimi 2024-cü il prezident seçkilərinə qatılsa da sonradan Donald Trampın xeyrinə namizədliyini geri çəkib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Dünya