Çempionlar Liqası: “Araz–Naxçıvan” qrupda ikinci olub

post-img

Dünən “Araz-Naxçıvan” futzal komandası UEFA Çempionlar Liqasının ilkin mərhələsində sonuncu matçına çıxıb. 

Bundan əvvəl Şimali İrlandiya “Sparta Belfast”ını 7:1, Esto­niyanın “Sillamae Silla”ya kollektivini isə 7:0 hesabı ilə məğlub edən təmsilçimizin rəqibi B qrupunda İsveçin “Uddevalla” ko­mandası olub. Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında keçirilən görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da qrupu 9 xalla birinci pillədə tamamlayan “Udde­valla” əsas mərhələyə yüksəlib. Vitali Borisovun baş məşqçisi olduğu kollektiv isə 6 xalla ikinci yeri tutaraq mübarizəni da­yandırıb.

L.SABİRQIZI
XQ

İdman