İordaniyanın paytaxtı Ammanda keçirilən U-17 dünya çempionatında qadın güləşi üzrə komandamız uğurla çıxış edib.
Yarışda iştirak edən 6 qız güləşçimizdən 3️-ü medal qazanıb. Nəzrin Əhmədli (40 kq), Günay Qurbanova (61 kq) və Zəhrə Kərimzadə (69 kq) dünya çempionatının bürünc medallarına layiq görülüblər.
Millimiz medalların sayına görə son 9️ilin ən yaxşı nəticəsinə imza atıb. Böyük məşqçi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında mundiala yollanan komandamız 5️5️xalla 6-cı yeri tutub. Bu da U-17 dünya çempionatları tarixində qadın güləşində topladığımız ən yüksək xaldır.
L.SABİRQIZI
XQ