Abşeronda külək, Aranda isti, dağlarda yağış, duman və külək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xid­mətinin verdiyi məlumata əsasən, avqustun 25-də Bakıda və Abşeron ya­rımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Gecə 20-25°, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70 , gündüz 50-55 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyu­nun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) 26-27° isti, Cənub çimər­liklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağa­cağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 33-38° , dağlarda gecə 13-18°, gündüz 20-25° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya