“Apple” yeni təqdimata hazırlaşır

post-img

“Apple” sentyabrın 10-da “iP­hone” və digər yeni məhsulların il­lik təqdimatını keçirəcək. Bu barə­də “Bloomberg”in jurnalisti Mark Qurman məlumat verib.

Tədbir zamanı şirkət “iPhone 16”, “Apple Watch Series 10” və yeni nəsil əsas “AirPod”ları təqdim etməyi planlaşdırır. Üstəlik, bu qulaqlıqlar seriyası ilk dəfə iki versiyada təqdim ediləcək.

Onuncu nəsil “Apple Watch”un daha böyük ekrana və daha nazik korpusa ma­lik olacağı gözlənilir. Yeni “iPhone 16” modulların şaquli düzülüşü ilə yenilənmiş kamera dizaynını alacaq və Pro versiya­larında daha böyük ekranlar və təkmilləş­dirilmiş kameralar olacaq. Eyni zamanda bütün “iPhone 16” seriyası “Apple Intelli­gence AI” sistemini dəstəkləyəcək, əvvəlki modellərdə isə AI yalnız “iPhone 15 Pro” və “Pro Max”da işləyir.

10 sentyabr təqdimatı “iPhone 16”nın 10 gün sonra, sentyabrın 20-də bütün dün­yada satışa çıxacağı anlamına gələ bilər. Təqdimatla bağlı rəsmi açıqlama gələn həftə gözlənilir.

S.ELAY
XQ

Son xəbərlər