Ən uzun və ən dərin dəmir yol

post-img

Söhbət Alp dağının altından keçən Gotthard tunelindən gedir 

İş elə gətirib ki, müasir dünyada siyasətçilərin iki kateqoriyaya bölündü­yünü daha bilməyən yoxdur. Artıq uşaqdan–böyüyə hamı bilir ki, siyasətçilə­rin bir yarısı dünyanı münaqişə və müharibəyə çəkirsə, digər yarısı da ölkələ­rin (deməli, həm də xalqların) iqtisadi imkanlarının artırılması üçün yollar düşünür, variantlar axtarırlar. Qədim Çin müdriklərinin fikrincə isə dostla­rın çoxaldılmasının, əməkdaşlığın genişləndirilməsinin əsas şərtlərindən biri iqtisadi əməkdaşlıq şəbəkəsinin genişləndirilməsidir ki, bu da yeni nəqliyyat yollarının tapılması zamanı mümkün olur. 

Təxminən altı-yeddi il əvvəl Avropa mətbuatı yazırdı ki, dünyanın yeni nəq­liyyat şəbəkələrinin yaradılmasına çalışan mütəxəssislərin 17 illik çalışmalarından sonra İsveçrənin Alp dağlarının altından keçərək şimal və cənubi Avropanı birləş­dirən 57 kilometrlik yüksək sürətli dəmir­yol xətti açılacaq. Son zamanlar isə köhnə qitənin mətbuat vasitələri həmin tunelin dünya iqtisadiyyatının inkişafındakı ro­lundan bəhs edirlər. www.gotthard-traffic.ch. saytı yazır ki, dünyanın ən uzun və də­rin dəmiryol tunelinin işə düşməsi Avropa yükdaşıma nəqliyyatında inqilabdır.

Mütəxəssislərin fikrincə, Gotthard tu­neli Yaponiyadakı 53, 9 kilometrlik uzun­luğunda olan Seikan dəmiryol tunelini (Xonsyu və Xokkaydo adaları arasındadır) geridə qoyur. Belə olanda isə Böyük Brita­niya ilə Fransanı birləşdirən 50,5 kilometr­lik Channel tunneli uzunluq göstəricilərinə görə üçüncü pilləyə enir. O da xatırladılır ki, 12 milyad dollardan çox tikinti xərci olan bu layihə referendumla İsveç seçicilə­ri tərəfindən dəstəklənmişdi.

Qərəz, indi artıq bu tunel hazırdır. Rus mütəxəssislər həmin yolun səmərəsini adi bir detalla xatırladırlar: “Əvvəllər dəmir yolu qatarları Sürixdən Milana 3 saat yarı­ma gedirdilər. İndi isə qatarlar həmin yolu 1 saat 40 dəqiqəyə qət edirlər”. 

Xatırladaq ki, Gotthard baza tuneli ad­landırılan və tikintisi 17 ildən artıq çəkən bu tunelin açılışında İsveçrə, İtaliya, Al­maniya, Fransa və Avstriyanın dövlət rəh­bərləri olmaqla 500 nəfərdən ibarət fəxri qonaq ilk qatarda səfər edib. Mətbuat xə­bər verir ki, 57 kilometr uzunluğunda olan baza tuneli İsveçrə tarixində ən böyük ti­kinti layihəsidir. Alp dağlarının altından keçən dəmir yolu xəttinə “Əsrin tuneli” adı verilib.

İttifaq MİRZƏBƏYLİ

Maraqlı