Sautgeyt və Deşamın strategiyası futbolu gözdən salır

post-img

Almaniyada keçirilən Avro-2024 artıq finiş xəttinə çatmaqdadır. Çempionatda nələr baş vermədi? Turnirə evsahibliyi edən ölkənin millisi artıq mübarizədən kənarda qalıb. Lakin ən maraqlısı, həmişəki kimi, hələ qarşıdadır. 

Dünən Münhen şəhərində Av­ropa çempionatının yarımfinalında epik bir qarşılaşmanın – İspaniya və Fransa milli komandalarının oyunu­nun şahidi olduq. Avropa çempionat­ları tarixində pley-off mərhələsində Fransa və İspaniya arasında baş-ba­şa qarşılaşmalar həmişə turnir üçün həlledici olub və qalib əsas kuboku qazanıb. Bu, 1984-cü ildə, Fransa finalda, 2000-ci ildə Fransa 1/4 final­da daha güclü olanda və 2012-ci ildə İspaniya 1/4 finalda qalib gələndə məhz belə olub. 

Amma hələ ki, bu turnirdə “La roho” daha əla görünür – ispanlar turnirin 5 görüşünün hamısında qa­lib gəliblər. Bu turnirdə komandaların heç biri belə bir nəticə göstərməyib. İspanlar vurulan qollarda (11), qapı­ya zərbələrdə (102) və topa sahib olmaqda da (230) liderdir. Bu, de la Fuentenin yetirmələrinin müdafiədə və hücumda necə yaxşı oynadığı­nı açıq şəkildə göstərir. İspan baş məşqçi 1/4 finalda Almaniya üzərin­də qələbə qazandıqdan sonra qürur­la deyib: "Mənim oyunçularım möh­tyəşəmdirlər. Əlbəttə, hər zaman inkişaf üçün yer var, lakin biz onların qürurunu, ustalığını və fədakarlığını şübhə altına ala bilmərik."

İspanların yolunda çətin koman­da dayanıb. Fransa komandası beş matçdan dördündə qapıları bağlı saxlayıb. Üçrənglilər səkkiz il ərzin­də böyük bir turnirdə dördüncü fina­la yüksəlmək arzusu ilə meydana çıxırdılar. Didye Deşam Portuqaliya üzərində qələbədən sonra deyib: "Biz yarımfinaldayıq, lakin bu mər­hələlərə öyrəşmişiksə belə, bunu tə­bii qəbul etməməliyik.”

Ümumilikdə, ispanlar Fransa ilə qarşılaşmada favorit hesab edilir­dilər. Buna səbəb isə təkcə “Furi­ya Roho”nun güclü olması deyildi, Amma bu da əsas məqamdır. Səbəb həm də bu Avropa çempionatında fransızların hücumda əldə etdiyi nə­ticələrdir. Daha doğrusu, onların yox­luğundadır. Son beş matçda onlar üç qələbə və iki heç-heçə əldə edərək cəmi üç qol vurublar. Portuqaliya millisi üzərində son qələbə isə əsas və əlavə vaxtda qolsuz heç-heçədən sonra penalti seriyasında olub.

Maraqlıdır ki, bu matça qədər Didye Deşamın komandası oyundan heç vaxt bir qol vura bilməyib. Rəqib­lərin iki avtoqolu və Kilian Mbappe­nin 11 metrlik nöqtədən bir dəqiq zərbəsi “xoruzları” yarımfinala çıxa­rıb. Yeri gəlmişkən, ulduz forvardın özü də elə xoş təsir bağışlamayıb. Meydanda 376 dəqiqədə cəmi bir qol, prinsipcə Avropa çempionatında ilk dəfə idi. Unai Simonu belə oyunla qorxutmaq çox çətindir.

Bu səbəbdən də hədəfə zərbələr­də İspaniya komandasının qələ­bəsinə üstünlük verilirdi. İspanlar, prinsipcə, fransızlardan daha tez-tez çərçivəyə düşürlər (7 – 4). Amma unutmayaq ki, onların qrupunda İtaliya və Xorvatiya var idi. Bundan əlavə, onlar 1/4 finalda almanlardan daha dəqiq idilər, baxmayaraq ki, daha az zərbə endirdilər. Bir sözlə, onlar güclü rəqiblərlə qarşılaşmalar­da şanslarından necə istifadə etməyi bilirlər.

Beləliklə, İspaniya tam qaydada­dır, ona görə də yarımfinalda yenə də ən yaxşısını göstərməli idi. Karvaxal və Le Normandın diskvalifikasiyası, həmçinin Pedrinin zədələnməsi na­rahatçılıq yaratmamalı idi. Üçüncü turda de la Fuentenin yetirmələri ikinci heyətlə belə qalib gəlməyə qa­dir olduqlarını göstəriblər.

Bu rəqibi saxlamaq, hətta Fransa kimi milli komanda üçün də, demək olar ki, mümkün hesab edilmirdi. Ey­nən belə bir vəziyyət, hollandiyalıları cansıxıcı futbola çəkəcək İngiltərəyə də aiddir, lakin heç də hər şeyin pla­na uyğun getməyəcəyinə hazır ol­maq lazımdır.

İspaniya və Hollandiya bu turnir­də yeganə komandalardır ki, minimal üstünlüyü qoruyaraq, rəqib meyda­nında dağıtmağa deyil, yaratmağa və kreativ olmağa çalışırlar. 

Avropa çempionatının yarımfi­nallarını çox şeyin asılı olduğu üs­lubların toqquşmasına çevirən məhz budur: minimal səylə, eləcə də fut­bolun əyləncəsindən tamamilə im­tina etməklə qələbəyə nail olmağa çalışan Sautgeyt və Deşamın stra­tegiyasının uğuru növbəti Avropa və ya Dünya Kubokunda yüksək nəticə əldə etmək istəyən hər kəs üçün çox təhlükəli nümunə olacaq. 

Komanda – xarakter, tempe­rament və emosiyalar baxımından həmişə öz məşqçisinin davamıdır. Bu çempionatda İngiltərə və Fransa komandaları bir-birinə güzgü əksləri kimi görünürlər və bir-birinin davamı təsiri bağışlayırlar. Deşam və Saut­geyt futbol üslubu olaraq “primitiviz­mi” seçiblər. Onlar bunun da “şöhrət” gətirdiyini sübut edə biliblər. İndi bu komandalar Berlində keçiriləcək fi­naldan bir oyunluq məsafədədirlər.

Amma hər xətdə dünya səviyyəli ulduzların olması hələ möhtəşəm fut­bol demək deyil. Komandada Mbap­pe, Bellingem, Dembele və Saka kimi istedadlar onları müstəsna edir.

Əslində, bu məşqçilərin qol vuran hücumçulara ehtiyacı yoxdur. Baxın, Fransanın çempion olduğu Rusiya­da keçirilən dünya çempionatında Olivye Jiru hədəfə bir dəfə də ol­sun zərbə endirmədi. Almaniyada o, əvəzedici heyətdən meydana çıxan­da belə özünü narahat hiss etmir. Startda olanlar da eynən onun kimi. 

Sautgeyt üçün İngiltərənin ən yax­şı bombardiri Harri Keynin rəqibin cə­rimə meydançasında oynamasından daha çox müdafiə və keçid xətlərində oynaması daha vacibdir. Qol vurma­dılarsa, bu, qorxulu deyil, əgər rəqi­bə aman verməyiblərsə, bu, əladır. Yaxşı, futbol qol vurmaqdan ibarətdir, yoxsa müdafiə olunmaqdan?

Fransa bir qol vurmadan belə ya­rımfinala yüksəlib. İngiltərə ardıcıl iki matçda hədəfi yalnız 80-ci dəqiqə­dən sonra vurub. Vacib olan daha bir məqam - Deşam və komandası beş matçda son dərəcə az top buraxdı. Yalnız bir qol, onu da Levandovski penaltidən vurdu. Sautgeyt isə qapı­sında üç qol görüb. Buradan belə bir ritorik bir sual doğur: "Pis oyun nəticə verirsə, bu, nə qədər pisdir?" 

Yarımfinala çıxmaq komandaya münasibəti və onun ətrafındakı ritori­kanı dəyişir. Amma şübhə yoxdur ki, Deşam və Sautgeyt çempionatın ən yaxşı komandalarına qarşı matçlar­da da prinsiplərini dəyişməyəcəklər. Tam əksinə. Belə demək mümkünsə qapalı oyunun kulminasiyasını görə­cəyik. İspaniya və Hollandiya topu, nəzarəti, təhlükəli məqamları və bütün mümkün “xG-lər”i öz sərən­camlarına götürəcəklər. Bəli, onlar axtarışda olacaqlar, gözəl məqamlar yaradacaqlar, hamını ayaqda sax­layacaqlar. Yəni azarkeşləri üçün həqiqi futbol deyilən “tamaşanı” oy­nayacaqlar. Fransa və İngiltərə isə səbirimizi imtahana çəkəcək və bizə istehza edəcək. 

Qaldı, Sakanın İsveçrəyə, Bel­lingemin isə Slovakiyaya vurduğu qolların vaxtı və dəqiqliyinə, bu, britaniyalılara inamdan çox qələbə biomeydanı verdi: lazım olanda qol vurub qalib gələcəklər. Fransızlara gəldikdə isə onlar Lujnikidəki qələ­bədən sonra uzun müddətdir ki, bu üsluba sadiqdirlər. Niyə də tələsməli və təlaşa düşməlidirlər ki?

İspaniyaya gəldikdə isə, etiraf edək ki, son bir neçə ildə ən çox diqqət çəkən ispan məşqçilik he­kayələri veteranlarla bağlı olub. Əv­vəlcə ömrü boyu kiçik komandalarla işləyən Xose Luis Mendilibar yed­dinci onilliyində Avropa yarışlarında debüt etmək imkanı qazandı. Nəti­cə heyrətamiz idi. Mövsüm ərzində “Sevilya”, sonra “Olimpiakos”u qəbul edərək, Avropa Liqası və Konfrans Liqasının qalibi olub.

İndi isə 63 yaşlı Luis de la Fuen­tenin adı dillər əzbəri olub. 1980-ci illərdə əfsanəvi Bilbaonun “Atletik” komandasını İspaniya çempionu və ölkə kubokunun qalibi edən de la Fuenta ümumiyyətlə, məşqçilik sexində təvazökar bir işçidir. O, “At­letik” və “Sevilya”nın aşağı divizion­larında və gənclərdən ibarət koman­dalarda çalışıb və La liqada şans qazananda da “Alaves”in sükanı arxasında cəmi üç ay qalıb. Lakin bütün böyük uğurların hekayələri adətən belə başlayır.

Təbii ki, hər uçuşun bir başlanğıc nöqtəsi var. De la Fuente üçün bu, milli komandalara keçiddir. 11 il əv­vəl o, U-19 kateqoriyasında İspaniya yığmasının başına keçib. Təyin olun­duqdan iki il sonra o, Avropa çempi­onluğunu qazanaraq ilk titulunu alıb. Finalda ispanlar Rusiyaya qalib gə­liblər. 

Açığı, indiki komandanın prototipi o vaxt da görünürdü. U-19-da de la Fuentenin heyətində Rodri, Merino və ehtiyat oyunçular skamyasında oturan Unai Simon vardı. Məşqçi gənclər komandasına Dani Olmo, Oyarzabal və Fabian Ruizi əlavə etdi. Amma Malkomun qolu hər şeyi məhv etdi və qızıl Braziliyaya getdi.

Əldə olunan təcrübə, məşqçi­nin dərhal milli komanda ilə Millətlər Liqasını qazanmasına böyük kömək oldu. De la Fuenteyə yaxın olanla­rın dediyinə görə, onun həmişə iki arzusu olub. Milli komandaya və uşaqlıqdan pərəstiş etdiyi “Atletik”ə məşqçilik etmək. 2022-ci il dünya çempionatındakı uğursuzluqdan sonra, hələ qalmaqala düşməyən Kral Futbol Federasiyasının prezi­denti Luis Rubiales qərarını verdi: “Yeni layihəni başlamağın vaxtıdır və ona Luis de la Fuente rəhbərlik edəcək”.

Luis Enrike və komandasının Qətərdəki Dünya çempionatında fi­askosundan sonra yeni məşqçi de la Fuente İspaniya millisini çalışdır­mağa başladı. Amma o, heç vaxt sələfinə qarşı çıxmadı. Əksinə, de la Fuente yeni vəzifəsində keçirdiyi ilk mətbuat konfransında adaşı Luislə çox yaxşı münasibətləri olduğunu vurğulayaraq, Enrikenin gördüyü iş­lərə hörmətlə yanaşmağı xahiş etdi. 

Buna baxmayaraq, adaş Luis­lərin işə yanaşmaları bir-birindən fərqlənir. Karyerasının çox hissə­sini 4-2-3-1 sxemi ilə keçirən de la Fuente bir anda Enrikenin sevimli 4-3-3 sxeminə keçdi. Ancaq hazır­kı məşqçi yalançı “doqquzluqlar”ın tərəfdarı deyil və heyətində klassik mərkəz hücumçusuna üstünlük verir. O, iki dayaq yarımmüdafiəçidən isti­fadə etməyi xoşlayır, həm də bəzən rəqibin meydandakı sxeminə uyğun sxem qurur. Biz bunu Xorvatiya ilə oyunda gördük. Elə ki, topa sahiblik­də ümumi üstünlük heç nə vermədi, bundan sonra ispanlar topu rəqibə verdilər və onları meydanın özlərinə aid yarısına şirnikləndirərək uğur qa­zandılar.

“Mən istedadın müdafiəçisiyəm, lakin istedad həmişə komandaya kömək etməlidir. Mən futbolçunun güclü tərəflərini məhdudlaşdırmağı sevmirəm ki, bu üstünlükləri nüma­yiş etdirə bilsinlər. Amma bu azadlıq kollektiv oyunla əlaqələndirilməlidir. Mən hər bir oyunçudan ən yaxşını almaq istəyirəm”. De la Fuente hələ ki, bunu meydanda göstərməyi ba­carır. Fransa ilə qarşılaşmada da məhz buna söykənib komandasını meydana buraxmışdı. Komandası isə öz ustalığı, yaradıcı oyunu ilə yenə azareşlərini ayağa qaldırmağı bacarırdı.

Ən yaxşı müdafiəyə qarşı ən yaxşı hücum nə vəd edirdi? Futbol tarixindən məlumdur ki, hər dəfə Av­ropa çempionatlarının pley-off mər­hələsində İspaniya və Fransa qarşı­laşanda kuboku qalib evinə aparıb. Bu yenə baş verəcəkmi?

Komandaların gücləri təxminən bərabərdir, lakin İspaniyanın cə­sarətlə oynadığını və hücum futbolu nümayiş etdirməkdən çəkinmədiyi­ni nəzərə alsaq, bütün bunlar de la Funetenin komandasına irəliləməyə imkan verəcək. Fransa hələ öz po­tensialını göstərə bilmir. Mbappe oynamayanda isə ümumiyyətlə heç nə göstərə bilmir. İndi o, sırada­dır, bəzən rəqiblərini aldadıb keçir, amma maska mane olur. Açıq-aydın bu Mbappen öz əslinə bənzəmir. Hətta hücumu başa vuranda da, hə­mişə olduğu kimi, məqsədyönlü və güclü şəkildə deyil, şansına ümid bəsləyib vurur. 

Bu dəfə şans onun tərəfində ola­caqmı? Bunu indi görəcəyik.

Səhifəni hazırladı:
İlqar RÜSTƏMOV
XQ







İdman