Mədəaltı vəzi necə qoruyaq?
Mədəaltı vəzin bir sıra problemlərində və pankreatit zamanı narahatlığı necə aradan qaldırmaq olar? Mütəxəssislərin fikrincə, özü çox kiçik olsa da, funksiyası zəruri olan bu orqanın xəstəliyində dərman müalicəsi ilə birlikdə pəhrizə də xüsusi diqqət yetirmək və gündəlik menyuya aşağıdakı məhsulları daxil etmək faydalıdır.
1. Yağsız dana, dovşan, hinduşka, toyuq əti.
2. Arpa, mannı və düyü sıyıqları.
3. Sərt buğda unundan hazırlanmış makoron.
4. Süd-qatıq və digər ağartı məhsulları.
5. Tərəvəzlər: kartof, kabak, çuğundur, kök.
Dietoloqlar bildirirlər ki, bu qidalardan gündəlik rasionda istifadə etməklə mədəaltı vəz problemlərinin irəliləməsinin qarşısını almaq mümkündür.
Z.HÜSEYNLİ
XQ