Cüdoçumuzun Meksika qələbəsi

post-img

Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-Pridə qızıl medal qazanıb. 27 yaşlı idmançı Beynəlxalq Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlamasında turnirdəki çıxışını yüksək qiymətləndirib:

“Özümə inanırdım, çempion ola biləcəyimi düşünürdüm. Çünki yaxşı hazırlaşmışdım. Braziliyada təlim-məşq toplanışına qatılmışdıq. Qran-pridə çempion olmağa layiq idim. Əzmkarlıq göstərərək qızıl medal qazandım”.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Meksikadakı yarışı 9 medalla başa vurublar.

Qabil YUSİFOĞLU
XQ

İdman