İki boksçumuz beynəlxalq turnirin qalibi olub

post-img

Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq boks turniri başa çatıb. 

Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya və Qazaxıstan təmsilçiləri də qüvvələrini sınayıblar. Turnirdə, ümumilikdə 6 peşəkar döyüş baş tutub.

76 kiloqram çəki dərəcəsində Azərbaycan boksçuları Cəmil Fərzəliyev və Elvin Qənbərov qarşılaşıblar. Bu görüşdə E.Qənbərov texniki nokautla qalib gəlib. Eyni çəki dərəcəsində qazaxıstanlı Yerbolat Zeinolla Azərbaycan boksçusu İlham Hüseynlinin dueli rəqibin qələbəsi ilə başa çatıb. Azərbaycanı 59,8 kiloqram çəki dərəcəsində təmsil edən Ramazan Babayev və Rauf Ağayev arasında döyüş heç-heçə ilə nəticələnib. Ağacan Dərgahov (66,7 kq)  qazaxıstanlı Dilşat Nurumla qarşılaşmanın 2-ci raundunda döyüşü davam etdirmək istəmədiyi üçün rəqib qalib elan edilib. 

Azərbaycan idmançıları İsmət Eynullayevlə Məhəmməd Quliyevin (79 kiloqram) görüşü birincinin üstünlüyü ilə yekunlaşıb. Həmin çəki dərəcəsində rusiyalı Maqomed Rəsulovla Azərbaycanı təmsil edən Cabbar İsmayılov arasındakı döyüş isə hakimlərin fərqli qərarı ilə rəqibin xeyrinə başa çatıb.

Taekvondo üzrə Azərbaycan çempionatı başa çatıb 

Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına yekun vurulub. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yarış böyük yaş qrupu üzrə idmançıların mübarizəsi ilə başa çatıb. 

Bakı İdman Sarayında keçirilən çempionatın son günündə qadın və kişi taekvondoçular arasında 16 dəst medal öz sahibini tapıb. 

Komanda hesabında “Təhsil” RİM (Sumqayıt) birinci yeri tutub. İkinci yerdə Ağcabədi OİK, üçüncü pillədə “Gömrükçü” İC qərarlaşıb. Onlardan sonra “Neftçi” İK və “Xəzər” TK yer alıblar. 

İlin perspektivli məşqçiləri adına Cəlil Abdullayev, Hüseyn Mehrəliyev, Sadiq Ağayev, Günay Zeynalova, Zahid Nadirov, İmran Zalov və Zahid Nadirov layiq görülüblər. 

Yarışın ən yaxşı hakimi Ramal Əskərov, Vasif Qurbanov və Dilarə Həsənova seçiliblər. Rza Məcidovla Bəsti Quliyeva isə ilin ən fəal həkimi nominasiyasının qalibi olublar. 

Qeyd edək ki, daha öncə ölkənin ən güclü yeniyetmə və gənc taekvondoçuları bəlli olub. Həmçinin parataekvondoçuların seçim turniri keçirilib.

Böyüklər arasında ölkə çempionatının mükafatçıları:

Kişilər 

54 kq

1. Səyyad Dadaçov (MOİK)

2. Rahid Vəliyev (Masallı)

3. Hətəm Həsənli (Atilla TK)

3. Xıdır Məmmədov (Təhsil RİM 6 saylı İEOUGİM)

58 kq

1. Ruslan Seyidov (Gömrükçü İK)

2. Malik Abbasov ((Gömrükçü İK)

3. Yusif Qurbanov (Lənkəran TİM)

3. Adil Eyvazov (Təhsil RİM Sumqayıt)

63 kq

1. Riyad Şirəliyev (Fərasət TK)

2. Pərviz İskəndərova (MOİK)

3. Rahil Yusifov (Qazax)

3. Fərid Əmirəliyev (Qafqaz TK)

68 kq

1. Yaşar Məmmədli (Neftçi İK)

2. Vaqif Hacıyev (Ağsu)

3. Xanlar Xanəhmədov (Quba Xaçmaz RGİİ)

3. Vüqar Bağırov (Alpman TK)

74 kq

1. Cavad Ağayev (MOİK)

2. Ələsgər Əliyev (Gömrükçü İK)

3. İsmət İsrafilzadı (Qafqaz TK)

3. Nicat İsmayılzadə (Gömrükçü İK)

80 kq

1. Eltac Qafarov (DİN İC)

2. Xan Məmmədov (DİN İC)

3. Rəvan Məmmədov (Cəsur TK)

3. Nihat Həşimov (DİN İC)

87 kq

1. Taleh Süleymanov (MOİK)

2. Vüsal Balaqadaşov (Xəzər PİK)

3. Hüseyn Əlizadə (DİN İC)

3. Əli İsmayılov (Gömrükçü İK)

+87 kq

1. Milad Beigi Hərçəqani (FHN İSK)

2. Həmidreza Badrialiabadi (FHN İSK)

3. Orxan Qasımov (Gədəbəy GİK)

3. Ceyhun Həsənli (Neftçi İK)

Qadınlar

46 kq

1. Səlimə Quliyeva (Alpman)

2. Zemfira Həsənzadə (Xəzər TK)

3. Münnəvər Abbasova (Qazax)

3. Minayə Əkbərova (Ağcabədi OİK)

49 kq

1. Paniz İsmaelpur (Təhsil RİM Sumqayıt)

2. Nərmin Əliyeva (Qafqaz TK)

3. Selcan Kərimova (Mübariz TK)

53 kq

1. Patimat Abakarova (Gömrükçü İK)

2. Nigar Abdullayeva (Grandmaster)

3. Məryəm Məmmədova (Gömrükçü İK)

3. Səmmərux Osmanova (Neftçi İK)

57 kq

1. Səidə Əliyeva (Qafqaz TK)

2. Leyla Bəşirova (Təhsil RİM Sumqayıt)

3. Meylin Məmmədzadə (Neftçi İK)

3. Zivər Tağıyeva (Təhsil RİM Sumqayıt)

62 kq

1. Fatimə Məcidova (Təhsil RİM Sumqayıt)

2. Fatimə Həsənova (Təhsil RİM Sumqayıt)

3. Zəhrəxanım Həmidzadə (Qafqaz TK)

3. Sevda Əzizova (Masallı TK)

67 kq

1. Fəridə Əzizova (DİN İC)

2. Sübhanə Kətanova (Gəncə Daşkəsən RGİİ)

3. Şəlalə Şabanlı (Zenit TK)

3. Əfsanə Əliyeva (Grandmaster TK)

73 kq

1. Elnarə İbrahimova (Alov TK)

2. Ayan Əliyeva (Modern Sports)

3. Şəbnəm Poladlı (Tovuz TK)

 

Parataekvondo: Seçim turnirinin qalibləri bəlli olub

Parataekvondo üzrə seçim turnirinin qalibləri müəyyənləşib.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən “XQ”yə bildiriblər ki, K-44 kateqoriyası üzrə 5 çəki dərəcəsində mükafatçılar müəyyənləşib. Belə ki, 58 kiloqram çəki dərəcəsində Sabir Zeynalov (Neftçi İK), Amin Əliyev (Abşeron), Ayxan Nuriyev (Ağdaş), Şahin Səfərov (Qafqaz TK) ilk 3 yeri tutublar. Amin Şıxəliyev (Neftçi İK), Sadiq Həmidov (Neftçi İK), Natiq Əkbərov (Mübariz TK) 63 kiloqram çəki dərəcəsində fərqləniblər. İmaməddin Xəlilov (Neftçi İK), Samir Əliyev (Neftçi İK), Zahid Allahverənov (FHN İSM) 70 kiloqram çəki üzrə ilk 3-lükdə yer alıblar. 80 kiloqram çəki dərəcəsində mübarizə aparanlar arasında isə Əbülfəz Abuzərli (Neftçi İK), Ayaz Hüseynli (Neftçi İK), Sərvan Məmmədli (Neftçi İK) mükafatçılar sırasında yer alıblar. 

Şahmar Quliyev (Xəmsə TK) və Orxan Cəfərov (Xəmsə TK) 80 kiloqramdan yuxarı çəki dərəcəsində ilk yerlərdə qərarlaşıblar.















İdman