Taekvondoçumuz qızıl medal qazanıb

post-img

Azərbaycan teakvondoçusu Qasım Maqomedov (58 kq) İordaniyada keçirilən Asiya regionu üzrə beynəlxalq “Prezident kuboku” yarışında qızıl medal qazanıb. 

İdmançımız yarışın həlledici mərhələsində Bakıda keçirilən son dünya çempionatının qalibi cənubi koreyalı Bae Yun-Seoya qalib gəlib. 

Qeyd edək ki, komandamız İordaniyada təlim-məşq toplanışından sonra “Prezident kuboku” yarışına qatılıb.

 

Leyla SABİRQIZI 
XQ

 

İdman