Avropa kubokunda 4 medal

post-img

Azərbaycan cüdoçuları Macarıstanın Dyor şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku yarışında 2-si gümüş, 2-si bürünc olmaqla, 4 medal qazanıblar. 

Təmsilçilərimizdən Emil Səfərov (50 kq) və Kənan Sadıqov (66 kq) 2-ci yeri tutublar. Əhməd Mehdiyev (73 kq) və Əli Qazıməmmədov (81 kq) isə bürünc mükafata sahib olublar.  

Bu nəticə ilə komandamız ümumi hesabda 11-ci nəticəni göstərib. 

Qeyd edək ki, Azərbaycan yarışda 7 çəki dərəcəsində 30 cüdoçu ilə təmsil olunub. 

 

Leyla SABİRQIZI 
XQ

İdman